Həqiqət üçün rekviyem

 

Acından qarnımız fit çalırdı. Gecə ilə Oğuza getmişdik. Səhər saat 7-dən seçki məntəqəsində idik. Günorta YAP-çılar bizi nahara dəvət etsə də, onlara qoşulmamışdıq.

Mənimlə birlikdə Oğuz şəhərində keçirilən təkrar bələdiyyə seçkilərini müşahidə etmək üçün buraya gəlmiş İFES-in Bakı ofisinin rəhbəri Con Elvis, onun Şəkidən olan tərcüməçisi, jurnalist Elşad Paşasoy və yerli müsavatçılar vardı.

Günortadan sonra məntəqəyə gələn seçicilərin axını səngidi. Bu vaxt Həqiqət xanım gəldi – Müsavat Partiyası Oğuz rayon təşkilatının əsas dayağı olan Həqiqət Mikayılova. Bizə dünəndən hazırladığı yarpaq dolması, isti təndir çörəyi və pendir gətirmişdi.Onunla ilk görüşüm belə olmuşdu…

YAP-çılar məntəqəyə maşınla adam daşıyırdılar. İcra Hakimiyyətinin təmsilçiləri birbaşa seçki məntəqəsinin önündə karuselə nəzarət edirdilər. Həqiqət xanım onlarla söz duelinə çıxmışdı. Biz ona dəstək olmağa çalışanda isə "siz içəri keçin, seçki qutusunu gözdən qoymayın” demişdi.

Seçki bitdi, səslər səhərə qədər sayıldı. Məntəqəyə hər nə qədərsüpürgəçi, müəllim, ağsaqqal, ağbirçək, əsgər, polisdaşısalar da, bülletenlərə haram qata bilmədilər və şəhər bələdiyyəsinə seçilənlərdən biri Həqiqət xanım oldu. Çünki YAP-çıların məntəqəyə daşıdıqları seçicilər də Həqiqət xanıma səs vermişdilər. Hamıdan çox Həqiqət xanım səs yığmışdı. Çünki onun fədakar, cəsur mövqeyini Oğuzda hər kəs görür, qiymətləndirirdi. O vaxt cəmiyyətimiz indiki qədər deqradasiyaya uğramamışdı və Həqiqət xanım oğuzlular üçün həqiqətin özü idi.

Hüquqlarını bilən, amma əqidəsinə, amalına görə maddi nemətlərdən imtina etməyi bacaran xanım idi. Özəlləşdirmə vaxtı hər kəsə torpaq, mal-qara paylanan dövrdə o hər şəydən imtina etmişdi. Sadəcə Müsavatın Oğuzdakı bir otaqlı qərargahına kupça almışdı ki, bu kiçik məbədi heç kim təşkilatın əlindən alabilməsin.

***

Bir dəfə bu qərargahda mənə dedi ki, Bakıya boş imza vərəqəsi aparma…

2013-cü ilin seçki ərəfəsi idi. Müsavat müxalifətin vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyası çərçivəsində Qəbələdən Balakənədək imzaların toplanmasının təşkilini mənə tapşırmışdı. Bir neçə gün ərzində bu bölgədə müsavatçılar 4500 imza toplamışdılar. Bütün vərəqələr doldurulmuşdu, yalnız Qaxda vərəqələrin 2-si boş qaytarılmışdı. Mən bunu Bakıda tamamlamağı düşünürdüm. Oğuzda Həqiqət xanım vəziyyəti soruşdu, anlatdım. Dedim ki cəmi iki vərəqə – 100 imza qalıb. Dedi ki, Bakıya boş vərəqə aparma, burada toplayaq.

Bir vərəqəni özü götürdü. Bir vərəqəni dəVaqifbəylə mənə verdi. Bir neçə saat ərzində qapı-qapı gəzib Oğuzdaca vərəqələri doldurduq.

 

Halbuki Oguz təşkilatı Həqiqət xanımın rəhbərliyi ilə Müsavatın öhdəsinə düşən vərəqələrlə yanaşı, AXCP-nin payına düşən imzaların da çox hissəsini toplamışdı.

 

İmza vərəqələrini tamamladıqdan sonra Kərimli kəndinin girişində Həqiqət xanımla və digər müsavatçı dostlarla birgə çay içdik, buradan məni 100 faiz dolu olan imza vərəqələri ilə yola saldılar. Bu, mənim Həqiqət xanımla ətraflı söhbət etdiyim son görüş idi.


Belə xanım idi Həqiqət xanım. Danışmağa nə var ki, real iş görən müxalifətçi idi. Danışmağı və yazmağı da çoxlarından daha yaxşı bacarırdı. Belə insanlar təəssüf ki azdır, biri də əskik oldu.


Bu gün getdi. Nə qədər iztirablı olsa da, mənalı bir həyat yaşadı və getdi.

Hər şeyə görə çox sağol deyirəm, toplumdan da ona minnətdarlıq, İlahidən əbədi rahatlıq diləyirəm.


Mustafa Hacıbəyli

Bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300