Moskvada azərbaycanlı və çeçen kriminal qruplaşmaları toqquşdu

 

Bir neçə gün əvvəl Moskvada iki ən böyük - Azərbaycan (Lotu Qulinin başçılığı ilə) və çeçen (Əziz Batukayevın başçılığı ilə) kriminal qruplaşması arasında toqquşma olub.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, çeçen qruplaşması əvvəllər Rövşən Lənkəranski kriminal ailəsinin nəzarət etdiyi bazarları tutmağa cəhd göstərib.

Çeçen kriminal qruplaşması əsasən Azərbaycandan olan ticarətçilərin işlədikləri bazarlara silahlı reydlər təşkil edərək, onların boynuna yeni "haqq” qoymaq istəyib.

Ancaq Rusiya paytaxtında təsir sahələrinin yenidən bölünməsi cəhdi Azərbaycan qruplaşmasının lideri Lotu Quli tərəfindən kəskin müqavimətlə qarşılanıb və o buna yol verməmək üçün zəruri hazırlıqlar görüb...

Rusiya KİV-i bildirir ki, Lotu Quli ilə Əziz Batukayev arasında gərgin telefon söhbəti olub, ondan sonra Moskva azərbaycanlıları və çeçenləri arasında ilk toqquşma yaşanıb. Hüquq-mühafizə orqanları 15 nəfəri saxlayıb.

Çeçen qruplaşması ilə toqquşmada Rusiya kriminal aləminin çox hissəsi Lotu Qulini dəstəkləyib. Bəzi Rusiya nəşrləri bunu onunla izah edirlər ki, Əziz Batukayev rəsmi Qroznının müəyyən dairələri tərəfindən dəstəklənən, sistemli kriminaldan uzaq adamdır.

Məlumatlara görə, Lotu Qulinin qruplaşması çeçen dəstələrini Azərbaycan bazarlarından çıxarmağa nail olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300