Məşhur Oskar mükafatçısı öldü
İki qat Oskar mükafatı laureatı, quruluşçu rəssam Terens Marş 87 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə "Variety” informasiya yayıb.
Marş Kaliforniyadakı evində dünyasını dəyişib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
"Qırmızı oktyabrın ovu” "Şouşenqdən qaçış”, və "Yaşıl mil” filmlərin art-direktoru olan Terens Marş "Doktor Jivaqo” və "Oliver” filmlərinə görə Oskar mükafatına layiq görülüb.