Ziya Məmmədovun ortağı ilə bağlı şok iddia: ermənilərlə iş birliyi?

Vətəninfo.az xəbər verir ki, Nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı Qulam Ələkbərovla bağlı sensasion məlumatlar yayılıb. Məlumata görə, Qulam Ələkbərovun erməni əsilli iş adamı ilə ortağ olması barədə iddialar hədəfdə olan Ziya Məmmədov üçün də ciddi zərbədir. Belə ki, bir müddət əvvəl yayılan məlumatda Qulam Ələkbərovun Ukraynada ermənilərlə tərəfdaşlıq etdiyi bildirilirdi.

Məlumata görə, Dneprepetrovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Q.Ələkbərovdur. dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir. Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən "Tsentralnıe BTI” hüquq firması göstərir. Bu firmanın sahibi Aleksandr Karapetyandır. Bu, Qulam Ələkbərovun Ukraynada erməni tərəfdaşları ilə bağlı ilk fakt deyil. Məlumatda bildirilirdi ki, onun biznes-partnyoru "Omeqa Investkom” şirkətinin rəhbəri Eduard Bağdasaryandır. Bağdasaryan həm də Dneprepetrovsk şəhər sovetinin deputatıdır.

O, Dneprepetrovsk şəhər sovetində "erməni soyqırımı”nı tanıyan qətnaməyə dəstək verənlərdən biridir. Qulam Ələkbərov Azərbaycanda "AQ Inşaatçı Servis” MMC-nin sahibidir. Bu MMC-nin adı mənzil dələduzluğuna görə dəfələrlə mətbuatda çəkilib. Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Işdən çıxarıldıqdan sonra paytaxtın "Gənclik” metrostansiyasının yaxınlığında "Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib.

Goranboyun hazırkı icra başçısı Nizaməddin Quliyevin bu vəzifəyə gətirilməsində Qulam Ələkbərovun böyük rolu olduğu bildirilir. Bildirilir ki, hazırda Qulam Ələkbərovun ermənilərlə işbirliyində olduğu, eyni zamanda Ziya Məmmədov hədəfə gələndən sonra ölkədən pul çıxarıb-çıxarmadığı araşdırılır. Əgər araşdırmalar zamanı deyilənlər təsdiqini tapsa, o zaman Ziya Məmmədov da ortağının əməllərinə görə ciddi şəkildə cəzalandırılacaq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Uluyol.info

 
 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300