ABŞ Konqresində Trampın istefası ilə bağlı məsələ qaldırılacaq

 

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü El Qrin prezident Donald Trampın istefaya göndərilməsi ilə bağlı məsələni səsverməyə çıxaracağına söz verib.

"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu dəfə konqresmen Trampı bəzi ölkələr barədə aşağılayıcı bəyanatlar səsləndirdiyi üçün impiçment etmək niyyətindədir.

"Konqresin rasist ritorikasını tənqid etməsi kifayət deyil. Gələn həftə mən yenidən prezident Trampın impiçmenti ilə əlaqədar qətnamə irəli sürəcəm ", - deyə E.Qrin "Twitter"də yazıb.

O, bu qətnamənin lehinə səs verəcəyinə söz verib.

Qeyd edək ki, ötən ilin dekabrında konqresmen analoji qətnaməni səsverməyə çıxarıb. Sənədin lehinə 58 deputat səs verib. Bu isə sənədin qəbul edilməsi üçün kifayət etməyib.

E.Qrinin qənaətinə görə, D. Trampın ritorıkası ölkədə ultrasağ qüvvələrin güclənməsinə yol açır və bu Amerika cəmiyyətinə zərər vurur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300