İsrail polisi 16 yaşlı fələstinlini öldürdü
Qəzza zolağında İsrail hüquq-mühafizə orqanları ilə yaşanan qarşıdurma nəticəsində 1 fələstinli nümayişçi öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.
Əl-Burej düşərgəsi yaxınlığında sinəsindən güllə yarası alan 16 yaşlı Əmir Abed Əbu Masa adlı fələstinli həyatını itirib.
Bundan əlavə, 3 nəfərin də ağır yaralandığı bildirilib.