Bugünlərdə sosial mediada ciddi şəkildə tənqidə məruz qalan videoçarx paylaşılıb. Ölkənin ən ağır dönəmində pul pul deməyən məmur övladları bir araya gələrək "Las-Veqas" qurublar. Kütləvi şəkildə əxlaqsızlığı, içkibazlığı, harınlığı təbliğ edən video cəmiyyətdə qıcıq yaradıb. Videonu paylaşan onlarla vətəndaş bunu ölkədə qəsdən qarışıqlıq yaratmaq, insanların çətin durumunda qıcıq yaratmaq və beləliklə siyasi sabitliyi pozmağa cəhd kimi qiymətləndiriblər. 

Biz də öz növbəmizdə 7News.az olaraq məsələnin aktuallığını nəzərə alıb istinadla (xəbər sosial şəbəkələrdə yayılıb, 10-a yaxın sayt dərc edib) xəbəri dərc etdik. KİV haqqında qanunun 62-ci maddəsində (Məsuliyyətdən azad edilmə halları) də açıq-aydın qeyd edilir ki, məlumat digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa redaksiya məsuıiyyətdən azad olunur.

Eyni zamanda, redaksiyamızın ünvanı, əlaqə telefonları saytda yerləşdirilməsinə baxmayaraq gələcəyin "diplomatları” məsələyə daha "diplomatik” yanaşaraq hədə qorxu, şantaj üsulunu seçdilər.

Bəli, biz də razıyıq ki, orda olan 500 gəncin hamsı məmur övladı deyil. Bəlkə də, bir çoxu videoçəkilişin olacağını belə yəqin etmirdi. İştirakçı gənc xanımlara isə sayqımız olduqca böyükdür. Burda məsələ ictimai qınaqdan gedir.

Cənab Prezident bir ayda 3 geniştərkibli toplantı keçirdi. Bu toplantıların bir məqsədi devolvasiyanın gətirdiyi iqtisadi bəlalardan insnları az itki ilə xilas etməkdən ibarət idisə, digər bir məqsədi isə bir çox məmurlara, onların qohumlarına bu dönəmdə həssas olmağa, harınlığa, özbaşınalığa son qoymağa yönəlmiş çağırış idi. Lakin "Las Vegas” disko barında gənclərin siqaretdən, içkidən necə zövq aldıqlarını açıq-aydın göstərmək, pulları (saxta olmasını heç yəqin edə bilmir, bu maraqlı da deyil) göyə səpmələri isə devolvasiya ucbatından əziyyət çəkən yüzlərlə insanın qıcıqlanması, eyni zamanda, məmurlar tərəfində hökümətə vurula biləcək ən ciddi zərbədir.

İsrarla məmur, oliqarx sinfinə aid olmadıqlarını söyləyən gənclər nədənsə öz şərhlərində məsələyə başqa prizmadan yanaşırlar. Bir qismi qaçqınları kobudçasına küçə söyüşləri ilə söyür, bir qismi isə günlük xərcinin 100 dollar olduğunu və bununla redaksiyaya problem yaradacağını deyir. Daha bir qismi isə "əcəb eləmişəm, istəyərəm araq içərəm, nəşə çəkərəm, qızlarla əylənərəm” deməsi bu gənclərin kasıb ailədən olmasını böyük bir sual altına qoyur.

Azərbaycan Diplomatik Akademiyası Azərbaycanın təhsil siyasətində öz yerini tutmuş nüfuzlu təhsil müəssisəsidir. Hesab edirik ki, bu cür gənclərin orda təhsil alması Akademiyanın mövcud nüfuzuna ciddi zərbədir.

Biz isə sadəcə ölkə rəhbərliyinin tapşırığına müvafiq olaraq İCTİMAİ QINAQ funksiyasını yerinə yetiririk.

7News.az

Fotofaktları təqdim edirik (digər fotofaktları isə təqdim edəcəyik):

 

 

 

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300