Xaləddin İsgəndərov həbsə gedir-
İstintaq qrupu
yaradıldı
Sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsi olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun həbsi gözlənilir.
Uluyol.az gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumat etibarlı
mənbədən daxil olub.
Məlumatda deyilir ki, icra başçısının həbsi üçün artıq hüquq-mühafizə orqanları
tərəfindən ilkin addımlar atılmağa başlayıb. Belə ki, Xaləddin İsgəndərov Binəqədi
rayonu "Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni
mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə
yol verib.
Məlumatda həmçinin, o da qeyd olunur ki, yeni mənzillərə köçən insanlara təqdim
olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alınıb. Mənzillərin
bölgüsü şəffaf aparılmayıb.
Bildirilir ki, artıq prokurorluq və polis tərəfindən birgə istintaq qrupu
yaradılıb. Dünən – yanvarın 7-si həftənin istirahət günü olmasına baxmayaraq, həmin
insanlar ifadə vermək üçün avtobuslarla Binəqədi Rayon Polis İdarəsinə
aparılıblar.
Bu faktlar onu göstərir ki, Xaləddin İsgəndərovun həbs olunması ilə bağlı
versiyalar yaxın zamanlarda öz təsdiqini tapacaq.