Müsavat Partiyası Elvin Paşayevin azad olunmasını tələb etdiMüsavat Partiyası Qubadlı rayon təşkilatının və partiyanın gənclər təkilatının üzvü, "Hədəf” hazırlıq kursunun müəllimi, ali təhsilli filoloq Elvin Paşayevin həbs olunması ilə bağlı bəyanat verib. Müsavatdan "Basta”ya göndərilən bəyanatda deyilir:

Elvin Paşayevin itkin düşməsi haqqında onun ailə üzvləri tərəfindən Sumqayıt şəhər Polis İdarəsinə və Daxili İşlər Nazirliyinin "102” xidmətinə müraciətlər olunmasına baxmayaraq, bir neçə gün ərzində onun saxlanılması barədə heç bir məlumat verilməyib.

Yanvarın 26-da isə Elvin Paşayevin yanvarın 23-də Sumqayıtda saxlanıldığı və cibindən 65 qram tiryək çıxması iddiası ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçildiyi məlum olub.

Müsavat Partiyası gənc müsavatçı Elvin Paşayevin həbsinin siyasi məqsəd daşıdığı, bu həbsin onun sosial şəbəkələrdə ölkədə baş verən rüşvətxorluq faktlarını açıqlamasına görə həyata keçirildiyi qənaətindədir. Müxalifətçi gənclərin etirazlarının qarşısının alınması, onların narkotika iddiası ilə həbs edilməsi artıq ənənə halını alır. Bu fakt həm də ölkədə yaranan etiraz dalğasının qarşısının alınması cəmiyyətdə xof mühitinin yaradılması istiqamətində hakimiyyətin atdığı addımlardan biridir.

Müsavat Partiyası bu hadisəni qətiyyətlə pisləyir və Elvin Paşayevin və digər siyasi məhbusların dərhal azad edilməsini tələb edir.

27 yanvar 2016-cı il

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300