Xocalı parkını satan Lənkəranın icra başçısının şok əməlləri-FOTOLAR

 

Lənkəranın İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin parklarını satışa çıxardıb.

 

Yenicag.az xəbər verir ki, o, bu "ənənə”yə 2 il əvvəl start verib.


Məsələ burasındadır ki, Qaraşov ilk olaraq cibini doldurmaq üçün Lənkəran Dövlət Universitetinin qarşısında yerləşən parkı seçib. 2015-ci ildə parkı məhv edib, yerində mağazalar tikdirən başçı üzləşdiyi təzyiqlərdən sonra fikrindən daşınıb. Onu buna vadar edən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "İdeya” təşkilatının bəyanatı olub. Bundan başqa Qaraşovun əməllərinin mətbuat tərəfindən işıqlandırılması da, ona "dur” deyən səbəblərdəndir.

Lakin Taleh Qaraşov sonradan "işğalçı” siyasətini davam etdirib. Xocalı parkını satan icra başçısı, Lənkəranın məşhur memarlıq abidəsi olan Çay evinin qarşısındakı səkiyə də göz dikib. Hazırda satılan həmin ərazidə iş gedir.


Bununla kifayətlənməyən şəhər rəhbəri mərkəzi univermağın qarşısındakı səkiyə də göz dikib. Əldə etdiyimiz məlumata görə, Qaraşov həmin yerin 1 kv metrini 1700 manatdan satır.

Qeyd edək ki, şəhərə gələn turistlər gəzmək üçün məhz Taleh Qaraşovun satdığı yerləri seçir. Abidələrin məhv edilməsi icra başçısının cibini doldursa da, Lənkəranın gözəlliyinə pərdə çəkir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300