FTB yenidən Klintonları
araşdırmağa başladı
ABŞ Ədliyyə Nazirliyi Klinton Fonduna qarşı yeni araşdırmaya başlayıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Hill” qəzeti yayıb. Nazirlik Hillari Klintonun dövlət katibi olduğu zaman bu fonddan qeyri-qanuni şəkildə yararlanmasından şübhələnib.
Araşdırmanı ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşlarının apardığı bildirilib.