ABŞ pilotu qorxudan 37 il gizlədiyi UNO sirrini açdı- VİDEO

ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş təyyarəçisi tanınmış MUFON ufoloji mərkəzinə müraciət edərək 37 illik sirrin üstünü açıb.

 

Təyyarəçi bu qədər zamanda susmasının səbəbini karyerasını və eləcə də həyatını itirəcəyindən qorxması ilə izah edib. Təyyarəçi hətta 37 il sonra da təşkilatın əməkdaşlarından əsil adının gizli qalmasını xahiş edib.

 

O deyib ki, UNO-lar və yadplanetlilər haqda sirləri yayan insanlar təqib edilir. Onunsa övladları var və o, övladlarına zərər toxunmasını istəmir. Bununla belə o, müəmmalı aparatla görüşü haqda daha susa bilmədiyini deyib. Üstəlik son vaxtlar Pentaqon özü də UNO-ların öyrənilməsi ilə bağlı bəzi gizli proqramları haqda açıq məlumat verməyə başlayıb.

 

Keçmiş təyyarəçi öz xitmədi ərzində bir neçə dəfə belə qeyri-adi situasiyalrla qarşılaşdığını dilə gətirib:

 

"Coynt Beys Çarlston HHQ bazasında qulluq etdiyim zaman C141 təyyarəsində uçurduq. Bu vaxt göyərtə radarı bizimlə paralel hərəkət edən qəribə obyekti qeydə aldı.

 

Ekipajımız dərhal yerdəki dispetçer xidmətinə məlumat verdi. Xidmətdən də eyni şeyi müşahidə etdiklərini bildirdilər. Sonradan dispetçerlər hər şeyi radarlardan siliblər.

 

C-141-in növbəti uçuşu zamanı hər şey yenidən təkrar olundu, ancaq bu dəfə Atlantik okeanı üzərində uçurduq. Yenidən yerə məlumat verdik. Yenə aşağıdan da həmin UNO-nun müşahdə edildiyini bildirdilər. Ancaq bu dəfə dispetçer xidmətindən hadisə ilə bağlı hesabat tərtib etməyimizi təklif etdilər. Lakin bu dəfə biz öz karyeramızı riskə atmaq istəmədik”.

 

Qeyd edək ki, hazırda MUFON eks-pilotun açıqlamasından sonra verilən məlumatları araşdırmaqla, faktları tutuşdurmaqla məşğuldur ki, ola bilsin, bundan sonra təşkilat pilotun hansısa başqa söylədiklərini də dərc etsin.(teleqraf.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300