İtkin düşən alpinistlərin axtarışı müvəqqəti dayandırıldı -AÇIQLAMA

 

"İtkin düşən alpinistlərin yerini müəyyən etmək üçün əsas axtarışlar Mahmuddərədə gedir".

Bunu "Report”a açıqlamasında "Gilavar” - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov deyib.

O bildirib ki, indiyə qədər alpinistlərlə bağlı heç bir izə rast gəlinməyib:"Hazırda hava şəraitinə görə, axtarış işləri müvəqqəti dayandırılıb. Çünki hava şəraiti çox kəskindi, güclü qar yağır və duman var. Əraziyə çıxmaq təhlükəlidir".

Klub direktoru qeyd edib ki, alpinistlərin axtarışı ilə 20 nəfər məşğul olur:"Axtarışlarda iştirak edənlərin 10 nəfəri Fövqəladə Hallah Nazirliyinin işçisidir. Digər 10 nəfər isə könüllüdü. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də ərazidədir".

Qeyd edək ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300