Bakıdan Dubay festivalına getmək neçəyədir? – Qiymət
Dubay şopinq festivalında iştirak etmək 313 dollardan başlayır.
Axar.az xəbər verir ki, turizm firmaları yanvarın 11-dən 14-dək Dubayda keçiriləcək şopinq festivala səfərlər təşkil edirlər.
Qiymətlərə aviabilet, otel, sığorta və səhər yeməyi daxildir. Viza rüsumu isə ayrıdır və 75 dollardır.
313 dollara həmçinin 2 ulduzlu otellər təklif olunur. Əgər üç gün ərzində 4-5 ulduzlu otellərdə gecələmək istəyirsinizsə, azı 380-410 dollar civarında ödəməlisiniz.