Rəhim Qazıyev azadlığa buraxıldı    

 

Vəkil Avropa Məhkəməsinə müraciət edəcəklərini deyib

 

Dekabrın 29-da Bakı Apelyasiya Məhkəməsi hakim Qədim Babayevin sədrliyi ilə keçmiş müdafiə naziri Rəhim Qazıyevin barəsində olan məhkəmə qərarından verilmiş apelyasiya şikayətinə baxıb.

 

Qərara əsasən Rəhim Qazıyev məhkəmə zalından buraxıllb.

 

Məlumatı Meydan TV-yə vəkil Zibeydə Sadıqova verib.

 

Vəkil deyib ki, onlar Nərimanov Rayon Məhkəməsinin 26 dekabr qərarının ləğv olunmasını və Rəhim Qazıyevə inzibati xəta haqqında iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini istəmişdilər.

 

"Lakin məhkəmə şikayəti təmin etmədi, sadəcə, qərarı dəyişdirdi və sabiq naziri 100 manat cərimə etdi, həmin cərimə cəzasını isə həbsdə saxlanıldığı 5 günlə əvəz etdi”.

 

Vəkil Avropa Məhkəməsinə müraciət edəcəklərini deyib.

 

Rəhim Qazıyev dekabrın 25-də Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Bir gün sonra

 

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutkalıq inzibati cəza verilib. O, İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıqda (510 maddə) ittiham olunurdu.

 

Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın müdafiə naziri olub. O, 1995-ci il mayın 12-də o zaman qüvvədə olan Cinayət Məcəlləsinin 255-ci maddəsinin "v” (müharibə və döyüş şəraitində qulluq mövqeyindən sui- istifadə etmənin ağır nəticələrə səbəb olması) bəndi ilə ölüm cəzasına, 88-1-ci (dövlət əmlakını və ya ictimai əmlakı xüsusi ilə külli miqdarda talama) maddəsi ilə özünə məxsus əmlakın hamısı dövlət gəlirinə müsadirə edilməklə 13 il müddətinə, 220-ci maddəsinin 2-ci (müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və ya partlayıcı maddə gəzdirmə) hissəsi ilə 5 il müddətinə azadlıqdan məhrumolma cəzasına məhkum edilib.

 

2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300