Federasiya prezidentinə içində güllə olan məktub göndərilib

 

Yunanıstan Futbol federasiyasının prezidenti hədələnib.
Apasport.az saytının məlumatına görə, bu barədə Frans Press Agentliyi xəbər yayıb.

 

Hadisə həftənin cümə axşamı günü baş verib. Vangelos Qrammenosun iş otağına gələn zərfin içində 3 səhifəlik məktub və 9 mm çapında güllə olub. Həmin vaxt prezident özü işdə olmadığı üçün zərfi onun köməkçisi açıb.

 

Federasiyadan bu gün verilən bəyanatda hadisə terror kimi qiymətləndirilib və bildirilib ki, bu hal onlarda qətiyyən qorxu və həyəcan hissi yaratmayıb. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıblar.

 

Qeyd edək ki, Qrammenos 2017-ci ilin avqustunda bu posta seçilib və 2020-ci ilə kimi vəzifə başında olacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300