İran XİN-in sözçüsü: "Ümid edirik ki, 2018-ci ildə Azərbaycan və Ermənistan arasında ixtilaf həll olunacaq”

 

"Miladi təqvimi ilə Yeni il münasibətilə Azərbaycan xalqını və APA-nın oxucularını təbrik edirəm. Deyə bilərik ki, İran İslam Respublikası ilə qonşu və dost ölkə olan Azərbaycan arasında keçən bir il ərzində əlaqələr yüksələn temp üzrə inkişaf edib. İki ölkənin yaxşı əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində önəmli addımlar atılıb. Bir çox sahələrdə ölkələrimiz razılığa gəlib və əməkdaşlıq edir”.

Bu sözləri ilin yekunları ilə bağlı APA-nın Tehran bürosuna açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, indiyədək prezidentlər Həsən Ruhani və İlham Əliyev arasında 11 görüş baş tutub: "Bu görüşlərin üçü yalnız 2017-ci ildə gerçəkləşib. Azərbaycan və İran yaxşı qonşu olduqlarına və iki ölkənin xalqları arasında dərin əlaqələrə görə çox nümunəvi və davamlı davranış sərgiləyib. İki xalqın və ölkənin bu dostluğu Azərbaycan və İran xalqları arasında dostluğun daha da möhkəmləndirməsi ilə yanaşı, həm də regionda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində təsiredici rol oynayıb. Bu əlaqələr heç şübhəsiz, regionun bütün ölkələri üçün önəmlidir və heç bir üçüncü ölkənin əleyhinə yönəlməyib”.

2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinin mümkün olub-olmaması barədə suala B. Qasimi belə cavab verib: "Niyə də olmasın. Qafqazın bu həssas bölgəsində iqtisadi inkişaf və davamlı sülh, sabitlik və təhlükəsizliyin təmini üçün həmişə ümidvar olmaq lazımdır. İran İslam Respublikası Qafqazdakı iki qonşu ölkə arasında gərginliyin başlandığı ilk günlərdən bundan narahatlıq keçirib. Bu səbəbdən iki qonşu ölkə arasında ən ciddi və ilk vasitəçilərdən olaraq atəşkəs əldə etmək üçün çoxlu səylər göstərmişik və göstəririk. Ümid edirik ki, 2018-ci il iki ölkə arasında ixtilafların həll olunması ili olacaq. İran bölgə xalqlarının hamısı üçün sabitlik və inkişaf arzulayır və fürsət yarandıqca, sabitliyin təmini və gərginliklərin azaldılması üçün bütün vasitələrdən istifadə edir və edəcək”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300