Arif Hacılı: "Xalqın çocuqları Qəbələ dağlarında itkin düşüb. Hardasan FHN?”

 

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən "Gilavar” Havavə Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün, Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədən hələ də, xəbər yoxdu.

dagcilar

Müsavat başqanı Arif Hacılı bu məsələyə münasibət bildirib.

"Əvvəl yanğınsöndürmə idarəsi vardı. Yanğın olanda söndürürdülər və ya buna cəhd edirdilər, olmayanda domino oynayırdılar. Heç kəslə işləri yox idi.

Sonra Rusiyada Fövqəladə Hallar Nazirliyi yarandı, yanğınsöndürənlər də bu nazirliyə daxil edildi. Putin ən yaxın dostu Şoyqunu bu nazirliyə rəhbər təyin etdi.

Fəttah Heydərov da düşündü ki, ölkənin ikinci vəzifəsi budur və Kəmaləddin Heydərovun Fövqəladə Hallar Naziri təyin edilməsinə nail oldu. O vaxtdan yanğınsöndürənlər idarəsi də DİN, MTN, Vergilər Nazirliyi və s. kimi "mühüm”, hər kəsdən haqq tələb etmək hüququna malik bir nazirliyə çevrildi.

Bu nazirliyə dövlət büdcəsindən 100 milyonlarla vəsait ayrıldı.

Amma nəsə müsbət bir dəyişiklik baş vermədi. Yalnız sadə yanğınsöndürənlər, təkəbbürlü FHN işçilərinə çevrildilər.

Heç Kəmaləddin Heydərov da Azərbaycanın Şoyqusu olmadı.

Talenin ironiyasına baxın. Üç alpinistimiz fövqəlnazirin sevimli yurdu Qəbələ dağlarında itkin düşüb. Nə normal bir axtarış var, nə axtarışın gedişi barədə ətraflı bir məlumat var. Sanki FHN üçün 100 milonluq avadanlıqlar, helikopterlər bunların istirahəti, əylənməsi, ov etməsi üçün alınıb, sanki, dövlət büdcəsindən bu nazirlik üçün ayrılmış vəsaitlər nazirin qohumlarının, yerlilərinin maddi rifahının təmin edilməsi üçündür.

Xalqın çocuqları Qəbələ dağlarında itkin düşüb.

Hardasan FHN ?”


Yazı Arif Hacılının "Facebook” səhifəsindən götürülüb.

 

(Bastainfo.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300