56171-300x179

2000-ci ildə Səməd Seyidovla Misir Mərdanov birləşərək, o zaman universitetin rektoru olan Qorxmaz Quliyevi vəzifəsindən kənarlaşdıra bildilər. Azərbaycan Dillər Universitetinin tarixində Qorxmaz Quliyev kimi böyük alim, şəxsiyyət və təmiz rektor olmayıb. Bu keyfiyyətlər Misir Mərdanovu heç cür qane edə bilməzdi.”

Bunları Azərbaycan Dillər Universitetindən adının çəkilməsini istəməyən dosenti Moderator.az saytına açıqlamasında deyib. O, Səməd Seyidovun ADU rektoru, Misir Mərdanovun qardaşı İlham Məmmədovun isə prorektor təyin olunmasının tarixçəsi haqda maraqlı məlumatlar açıqlayıb.

"Misir Mərdanov Səməd Seyidovun zirək adam olmasını çox yaxşı bilirdi. Və nəyin bahasına olursa-olsun, Qorxmaz Quliyevi onunla əvəzləmək üçün dəridən-qabıqdan çıxırdı. Nəhayət Qorxmaz müəllimin prorektoru işləyən Səməd Seyidovla Misir Mərdanov istəklərinə çatdılar və böyük alimi universitetin rektoru vəzifəsindən kənarlaşdıra bildilər. Diqqət edin, bu adamlar Ulu Öndərimiz Heydər Əliyevin hörmətlə yanaşdığı, xətrini istədiyi Qorxmaz Quliyevi onun gözündən sala bildilər. Anonim məktublar yazmaqla. O vaxtdan Dillər Universitetində təhsil və mənəvi mühit pozuldu. Səməd Seyidov Misir Mərdanovun bu "xeyirxahlığını” əvəzsiz qoymadı və onun qardaşı İlham Mərdanovu prorektor və ixtisasının uyğun gəlmədiyi İnformatika kafedrasına müdir vəzifəsinə təyin etdi. Yəni İlham Mərdanova 2 vəzifə verdi. İlham Mərdanov isə qardaşına arxalanıb, rektora tabe olmamağa başladı. O, işini-gücünü buraxıb köçürmə və imtahanlarda tələbələrə qiymət yazdırmaq işləri ilə məşğul olurdu. Onun işdən azad olunmasının səbəbləri haqqında saytınızda gedən informasiya dəqiqdir. İlham Mərdanov Universitetin tələbələrindən olan bir qızın valideyninin ərizəsi əsasında işdən qovuldu”.

Qeyd edək ki, ADU-da prorektor vəzifəsindən çıxarıldıqdan bir qədər sonra İlham Mərdanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub. Mənbə bununla bağlı deyib:

"Əli Abbasovun İlham Mərdanovu Aparat rəhbərinin müavini təyin etməsi də səhv addım idi. İndi İlham Mərdanov baş verən cinayətlərdən yaxasını kənara çəkə bilməz. O, Vidadi Zeynalovun cinayətləri barədə müvafiq orqanlara xəbər vermək əvəzinə, hər ay ondan 5000 manat "paket” alırmış. Bu məbləğ barədə İ.Mərdanov hər yerdə danışır və az olduğundan gileylənirdi”.

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300