Rusiya çalxalanır: Başqırd liderdən ana dili çağırışı

 

Dil və milli özünüdərk ən çətin məsələlərdən biridir.

Axar.az xəbər verir ki, bunu "RİA Novosti” agentliyinə müsahibəsində Başqırdıstan rəhbəri Rüstəm Həmidov söyləyib.

"Başqırdıstanda dillə bağlı etiraz aksiyaları dilin öyrənilməsinə aid deyil. Bu, sadəcə siyasətdir. Dil, milli özünüdərk ən çətin məsələlərdən biridir. Bunu siyasiləşdirmək və onu siyasiləşdirənlərin arxasınca getməyə ehtiyac yoxdur. Cəmiyyəti dil məsələsinə görə parçalamaqla gələcəyi qurmaq olmaz. Bu, çox təhlükəlidir”, – deyə o bildirib.

Qeyd edək ki, bu vaxta qədər Başqırdıstanın dövlət dili başqırd və rus dilləri olub. Bir müddət öncə Moskvanın başqırd dilinin icbari tədrisini ləğv etməsi ölkədə böyük etiraz aksiyalarına yol açıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300