Ukraynada Azərbaycan diasporunun fəal üzvü olmuş gənc məcbur psixi dispanserə yerləşdirilib

 

Ukraynanın paytaxtı Kiyev şəhərinin Qoloseevskiy Rayon Məhkəməsinin qərarı ilə qətldə ittiham olunaraq həbs olunan azərbaycanlı gənc psixi dispanserə yerləşdirilib.

"Report" xəbər verir ki,Azərbaycan vətəndaşı, əslən Azərbaycanın Şamaxı şəhərindən olan, 1990-cı il təvəllüdlü Feyzullayev Şamil Rayon Məhkəməsinin növbəti qərarı ilə psixi xəstə olması səbəbindən istintaq təcridxanasından psixi dispanserə köçürülüb.

Azərbaycanlı gənc buna etiraz etsə də, qərar dəyişməyib.

Ş.Feyzullayev yaşadığı hostelin sakinləri ilə arasında dava nəticəsindəona ünvanlanan ağır təhqirə görə Aleksandr Prixodko adlı yerli gəncə bıçaqla xəsarət yetirməkdə ittiham olunub. Xəsarət alan şəxs dünyasını dəyişib. Ş.Feyzullayev məhkəmədə hüquqi yardıma ehtiyacı olduğunu bildirmişdi.

Ş.Feyzullayev əvvəl Ukraynada azərbaycanlıların gənclər təşkilatının fəal üzvü olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300