Polis paytaxt sakinini İŞİD yaraqlıları arasında tapdı

Bakıda itkin düşmüş gənc kişi Suriyada İŞİD beynəlxalq terror təşkilatının yaraqlıları arasında aşkarlanıb.

 

Bu barədə paytaxtın Xətai rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər.

 

Məlumdur ki, 1981-ci il təvəllüdlü Hüseynov Mehman Tariyel oğlu hələ 2014-cü ilin dekabrında itkin düşüb.

 

Hüseynovun anası - 1954-cü il təvəllüdlü Nailə İbrahimova yaşadığı Xətai rayonunun 36-cı polis bölməsinə müraciət edərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarını itkin düşmüş oğlu barədə məlumatlandırıb.

 

Aparılmış istintaq zamanı Hüseynovun Azərbaycandan kənarda silahlı birləşmələrə qoşulması, daha dəqiqliklə, Suriyada Bəşər Əsədin ordusuna qarşı döyüşən yaraqlılara qoşulması barədə güman formalaşıb. Lakin bu məlumat yalnız indi təsdiqlənib və dekabrın 28-də işin materialları təhqiqat aparılması üçün müvafiq strukturlara göndərilib. Hüquq-mühafizə orqanlarınının əməkdaşlarının hazırda Hüseynovun sağ olub-olmaması barədə məlumatları yoxdur.

 

Qeyd edək ki, xarici dini mərkəzlər Azərbaycanda gəncləri öz tərəflərinə çəkmək üçün sosial şəbəkələrin imkanlarından aktiv iştirak edirlər. 2017-ci ildə yad cərəyanların nümayəndələri ilə mübarizə çərçivəsində Azərbaycanda 16 terrorçu məhv edilib. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində 21 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub.

 

AR-ın Dövlət Təhlükəsizli Xidmətinin əməkdaşlarının sayəsində ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrdə iştiraka görə 258 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.(oxu.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300