Daha bir müsavatçı həbs edildi

Müsavatçı gənc Elvin Paşayevin həbs olunduğu təsdiqləndi. Bu haqda "Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Elvin Paşayev Müsavatın Qubadlı rayon təşkilatının və partiyanın gənclər təkilatının üzvüdür. Sumqayıt sakinidir. Bakı Dövlət Universitetinin məzunu, ixtisasca filoloqdur. "Hədəf” hazırlıq kursunda müəllim işləyir. Elvin Paşayevi narkotik maddələrin satışında ittiham edərək, barəsində 4 ay həbs qətimkan tədbiri seçiblər. O, yanvarın 23-də saxlanılıb. Amma hələ də valideynlərinə məlumat verilməyib.

Ehtimal edilir ki, Elvin Paşayevin həbsinin səbəbi BDU-da rüşvətxorluğun tüğyan etməsi ilə bağlı yazdığı yazılardı.

Yanvarın 23-də "Basta”da Sumqayıt sakini olan 25 yaşlı gənc müəllim Elvin Paşayevin itkin düşməsi haqqında məlumat vermişdik.

Qeyd edək ki, Azərbaycanda əhalinin hakimiyyət əleyhinə son etiraz dalğası başladıqdan sonra Lənkəranda və Siyəzəndə Müsavatın 4 üzvü həbs edilib, onlarla müsavatçı polisə çağırılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300