Fazil Məmmədovun "gizli adamı” haqda SENSASİON FAKTLAR – "Hamlet Hüseynov 200 min dollar verib...”

Vergilər Nazirliyində işləyən və adının açıqlanmasını istəməyən şəxs tərəfindən Muxalifet.az-ın elektron poçtuna sensasion məktub daxil olub. Müəllif yazır:
"Fazil Məmmədov vəzifəsindən uzaqlaşdırıldığı və artıq bəzi təhlükələr sovuşduğu üçün onun qaniçən kadrlarından biri barədə sizə məlumat verməyi özümə borc bilirəm. Mən də hal-hazırda Vergilər Nazirliyində işləyirəm. Amma adımı gizli saxlmağa məcburam.
Vergilər Nazirliyinin müstəntiqi Hamlet Hüseynov Fazil Məmmədovun yaxın adamı və xüsusi tapşırıqlarını həyata keçirən adam idi. Demək olar ki, Hamlet Hüseynov nazirlikdə çox az olurdu. Ən çox obyektlərdə olur və iş adamları ilə xüsusi yerlərdə, xüsusi görüşlər təşkil edir və onlardan hədə-qorxu yolu ilə "vergi” adı altında külli miqdarda maliyyə əldə edirdi.
Hamlet Hüseynov 120 min manatlıq "Reng Rover” markalı aftomobli idarə edir və yaşadığı villa isə 500 min dollardır. Sizcə, bir müstəntiq maaşı ilə və ya qanuni yolla belə aftomobil və mülkə sahib ola bilərmi?
Onu da qeyd edim ki, Hamlet Hüseynov sabiq nəqliyyat naziri Ziya Məmmədov və Hərbi Səfərbərlik Xidmətinin sabiq rəhbəri Əliağanın (Əliağa Hüseynov nəzərdə tutulur – red.) qohumudur. Bütün bunlar bir kənara qalsın, Fazil Məmmədov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Hamlet Hüseynov nazirlikdə yaxın adamlarına deyir ki, artıq danışmışam, 200 min dollar verib, Baş Prokrorluğa işə düzəlirəm.
Dediyinə görə, Hamlet Hüseynova Bakı Şəhər Prokrorluğunda 200 min dollar müqabilində işə düzəlməsinə yüksək vəzifəli məmurlardan biri yardım etməyə söz vermişdir. Hal-hazırda Hamlet Hüseynov Vergilər Nazirliyində yaxın adamlarına bu məlumatları deyir...”.
Müəllif bununla çatdırmaq istəyir ki, Fazil Məmmədovun işdən uzaqlaşdırılması onun yaxın adamlarını təşvişə salmışdır və başqa dövlət qurumlarına yol axtarırlar.//muxalifet.az


 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300