Azərbaycan Qarabağı azad edə bilərmi?    

 

Bu gün istər Azərbaycan Ordusunun, istərsə də xalqımızın Qarabağı azad etmək imkanı və qüdrəti var.

 

Bəs hakimiyyətin necə, belə istəyi varmı?

 

Qərb dövlətləri bilirdilər ki, prezident Elçibəy nəyin bahasına olusa, olsun. Qarabağın azad olunmasına nail olacaq. Hətta böyük itkilər hesabına olsa da... Çünki Qərb dövlətləri o vaxt xalqın da döyüş ruhundan xəbərdar idilər (Heyf ki, indi o ruh yoxdur).

 

Odur ki, ortaya BMT-nin üç məşhur qətnaməsi çıxdı. Hətta ermənilər işğal etdikləri Kəlbəcəri boşaltmağa razılaşdılar və proses də başladı. Sonrası isə məlum. İyun qiyamı bu prosesin qarşısını aldı.

 

Qarabağın azad olunması üçün daha bir münbit şərait "Əsrin neft kontraktları" ərəfəsində oldu. Azərbaycan hakimiyyəti neft kontraktlarının imzalanması üçün ilkin şərt kimi Qarabağın azad edilməsi məsələsini qoysaydı, Bakı neftinə susamış BP kimi nəhənglər Qarabağın azad edilməsi üçün hər şeyi edəcəkdilər və nail olacaqdılar. Əfsus ki, belə şərt qoyulmadı...

 

Bəs indi vəziyyət necədi? Bütün Qərb dövlətləri indiki iqtidarın Qarabağın taleyinə biganə münasibətini bilir. Odur ki, heç bir önəmli addım atmırlar.

 

Bəs nə etməli? Öncə iqtidarın Qarabağı azad etmək istəyi olmalıdır. Belə istəyi olan iqtidar ilk əvvəl inzibati yollarla olsa belə, Bakıda "Qarabağı azad edək" şüarları ilə hətta 100 minlərin iştirakı ilə mütamadi mitinqlər təşkil etməlidir.

 

Bu həm də iqtidara imkan verər ki, Azərbaycanda marağı olan olan dövlətlər qarşısında məsələ qaldırsın: xalqın səbri dolub, torpaqlarının azad olmasını istəyir. Halbuki indi elə bir durum yaradıblar ki, sanki xalq torpaqlarını istəmir...

 

Bundan başqa, Qarabağın keçmiş Azərbaycan kəndlərində qəfil əməliyyatlar keçirmək lazımdır... Qoy ermənilər həmişə qorxu içərisində olsunlar. Və nəhayət, Azərbaycan hakimiyyəti torpaqları azad etmək əzminə müharibə istəməyən dövlətləri inandırmalıdır. Ondan sonra həmin dövlətlər Qarabağın boşaldılması üçün ermənilərə təzyiqlərə başlayacaqlar. Amma bizim hakimiyyət buna getməz, heç ermənilər də... Bunu Rusiya da, Qərb dövlətləri də bilir. Odur ki, nə qədər bu iqtidar var, bugünki ststus-kvo elə belə də qalacaq...

 

Valeh Hümmətoğlu

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300