"Chrysler” 19 mindən çox avtomobili geri çağırır

 

ABŞ-ın avtomobil istehsalçısı "Chrysler” Çin bazarından 19 min 572 avtomobili təhlükəsizlik yastıqlarındakı nasazlıq səbəbi ilə əlaqədar geri çağırmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Bildirilib ki, geri çağırılan avtomobillər Yaponiyanın "Takata” şirkəti tərəfindən istehsal olunmuş nasaz təhlükəsizlik yastıqları ilə təchiz olunub. Müəyyən olunub ki, təhlükəsizlik yastıqları düzgün açılmaya və hətta açılarkən avtomobilin ön sırasında əyləşən sərnişini ölümcül yaralaya bilər.

Geri çağırılan avtomobillər 2004-2012-cü illərdə Çinə idxal edilmiş "Jeep Wrangler” və "Chrysler 300C” modelləridir. Qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.

Qeyd edək ki, "Chrysler” şirkəti 1925-ci ildə "Maxwell Motor”un yenidən təşkil edilməsi əsasında ABŞ-da yaranıb. "Chrysler” "SRT”, "RAM”, "Dodge” və "Jeep” brendi altında avtomobil istehsal edən şirkətin səhmlərinə 2014-cü ildən İtaliyanın "Fiat” korporasiyası nəzarət edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300