"Apple"ın dünya smartfon bazarında payı III rübdə kəskin azalıb

 

ABŞ-ın məşhur "Apple" şirkəti qlobal smartfon bazarında liderliyini sürdürsə də, 2017-ci ilin III rübündə onun xüsusi çəkisi kəskin azalıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə məlumatı "Counterpoint Research" araşdırma şirkəti verib.

Şirkətin ekspertlərinin fikrincə, cari ilin iyul-sentyabr aylarında "Apple" qlobal smartfon satışından əldə edilən mənfəətin 60%-nə sahib olub. Lakin müqayisə üçün qeyd etmək lazımdır ki, ötən ilin analoji dövründə bu göstərici 86% təşkil edib.

Analitiklər "Apple"ın bazar payının aşağı düşməsini köhnə və ucuz modellərin aktiv satışı və "Samsung" tərəfindən rəqabətin güclənməsi ilə izah ediblər. Belə ki, "Samsung" yeni "Galaxy Note 8" modelini satışa çıxarmasından sonra seqmentində qlobal mənfəətin 26%-ni əldə edib.

Smartfon satışlarında ilk 5-likdə "Apple" və "Samsung"dan sonra Çinin "Huawei", "Oppo" və "Vivo" şirkətləri yer alır. Onların hər birinin bazar payı 5%-i keçmir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300