Manatın devalvasiyasından sonra bir çox məhsulların qiyməti ya zərurətdən,ya da müəyyən işbazların istəyi ilə dəfələrlə qaldırıldı.Bu gün qiymət artımı ilə bağlı "facebook"sosial şəbəkəsi üzərindən Babayev Əmrah adlı şəxs iradını bildirmiş və uluyol.info olaraq yazını oxuculara təqdim edirik :

"Bu gün Sarı Marketdə 5lt-lik qablaşdırılmış su almaq istədim.Qiyməti görəndə anlam verə bilmədim.Yaxşı paltar,elektrik avadanlıqlar,tikinti malları və s. məhsulları xaricdən alaq və qiymətinin artmasın başa düşürəm.Amma suyun qiymətinin qalxmasına nə anlam verək?Hər gün televiziyalarda süni qiymət artımı ilə bağlı müşavirələri görürük,tapşırıqları dinləyirik.Yəqin suyun qiymətin artıranlar ancaq öz mənafelərin güdür və heç televiziya izləmirlər.Bir manata aldığım 5 lt-lik su indi 1.59 manat olub.59 faiz artıma nə ad qoyaq?Biz öllkənin bu durumunda əl-ələ verib çıxış yolları axtarmaqdansa baş kəsənlik edəcəyiksə demək ki,aqibətimiz sual altındadı.Sizə yazmağımda məqsədim,ictimailəşdirin ki,ölkə başçısının verdiyi tapşırıqlara biganə yanaşanlar bilinsin və adiyyatı qurumlar ölçü götürsün"
 
ULUYOL.İNFO
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300