Neft Fondunun 2018-ci il büdcəsinin gəlirləri təsdiqlənib

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında fərman imzalayıb.

"Report”un xəbərinə görə, qərar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə verilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin gəlirləri 11 559 956,2 min manat, xərcləri isə 9 730 221,8 min manat məbləğində təsdiq edilib.

Fərmana görə, gələn il ARDNF-in gəlirlərinin 9 milyard 723 milyon 786,1 min manatının Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərin, 3 milyon 612 min manatının karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişlərinin, 16 milyon 340 min manatının neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin, 1 milyard 42 milyon 46,1 min manatının fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin, 774 milyon 172 min manatının isə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar hesabına formalaşacaq.

2018-ci ildə Dövlət Neft Fondundan 200 milyon manat qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin, 9 milyard 216 milyon manatı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddinə, 90 milyon manatı Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin, 176 milyon 128 min manatı Bakı–Tbilisi–Qars yeni dəmir yolu layihəsinin, 16 milyon 218 min manatı "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə, 31 milyon 875,8 min manatı isə fondun idarə edilməsi ilə bağlı xərclərinə sərf olunacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300