Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyuldu:Milyon dollarlıq qalmaqal

 

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin Azərbaycandan çıxışına qadağa qoyulub.

 

Modern.az xəbər verir ki, buna səbəb kimi F.Abdullazadənin külli miqdarda pul mənimsəməsi faktı göstərilir.

 

Qeyd edək ki, bir müddət öncə F. Abdullazadənin keçmiş vergilər naziriFazil Məmmədova1 milyon dollar borcunun olduğu barədə məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, F.Abdullazadə Administrasiyada işlədiyi vaxtlarda F.Məmmədovdan (onda vergilər naziri idi) 1 milyon dollar borc alıb və bu günə kimi də həmin borcu qaytarmayıb.

 

Hətta F.Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra F. Məmmədov nazir olmağına baxmayaraq borcunu geri ala bilməyib. F.Abdullazadənin "imkanım yoxdur” deyərək borcunu qaytarmaqdan imtina etdiyi bildirilir.

 

Belə görünür ki, vəzifədən uzaqlaşdırılan F. Abdullazadədən borcunu geri ala bilməyəcəyini sabiq nazir artıq gözə alıb və məhkəməyə də müraciət etməyib.

 

Fatma Abdullazadə 1993-cü ildən 2017-ci ilin iyununa kimi Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tuturdu.

 

Fizika-riyaziyyat elmləri doktoru olan xanım Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

Azərbaycan Prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300