ATƏT: Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü vacibdir və ümidvericidir

 

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə baş tutmuş görüşü vacibdir və müəyyən mənada ümidvericidir.

Trend-in məlumatına görə, bunu ATƏT-ə müsahibəsində bu təşkilatın fəaliyyətdə olan sədrinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Günrter Baxler deyib.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT yekun status haqqında bir sıra prinsipləri müzakirə edir, amma danışıqların real xətti yoxdur: "Ötən il Almaniyanın sədrliyi dövründə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəliyinin monitorinq missiyasını gücləndirmək ideyasını hazırladıq. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşündə bu məsələ razılaşdırılıb. Ancaq hələ reallaşdırılmayıb. Bu təmas xəttində və Azərbaycanla Ermənistanın dövlət sərhədində monitorinq üzrə kiçik qrupla bağlıdır. Biz onların sayının 6-dan 13-dək artırılmasını düşünürük. Bu konsepsiya Avstriyanın sədrliyi ilə hazırlanıb və 2018-ci ildə həyata keçəcəyi real görünür. Biz atəşkəsin pozulması mexanizminin araşdırlması ilə bağlı qeyri-rəsmi sənəd tərtib etmişik. Etimadı möhkəmləndirmək üçün bunu da reallaşdırmaq lazımdır”.

G.Baxler qeyd edib ki, 2014-cü ildə İsveçrənin ATƏT sədrliyi müddətində strukturlaşdırılmış danışıqlar prosesi üçün qeyri-rəsmi sənəd hazırlanmışdı. Bu sənəd münaqişə tərəflərinə təqdim edilib və danışıqlar prosesində istifadə oluna bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300