Bakıda itkin düşən məktəbli tapıldı - FOTO 

 

Bakıda Əhmədlidə yaşayan 14 yaşlı Zəfər Hüseynov tapılıb.

​Uluyol.az xəbər verir ki, bu barədə BAKU.WS-ə 17 nömrəli tam orta məktəbdən məlumat verilib.

Qeyd olunur ki, məktəbin bir nəfər VIII sinif şagirdi dekabrın 26-da dərslərdə iştirak edib, dərsdən sonra əlavə məşğələdə olub.

Dərsdən sonra evə getmək üçün məktəbdən çıxıb.

Axşam saatlarında məlum olub ki, uşaq evə getmədiyi üçün valideynləri polisə müraciət ediblər.

Onu da qeyd edək ki, həmin şagird məktəbdaxili nizam-intizam qaydalarına əməl edən və orta tədris göstəricilərinə malik şagirddir.

Uşaq polis tərəfindən tapılıb ailəsinə təhvil verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300