ABŞ təbii qazın satışına görə ən bahalı bazar olub

 

ABŞ-ın şimal-şərqində təbii qazın spot (cari) qiyməti 2 dəfədən çox artaraq son 3 ildə ən maksimal həddə çatıb.

"Report” xəbər verir ki, "Bloomberg” agentliyinin məlumatına görə, buna səbəb soyuq havalara görə yanacağa tələbatın artmasıdır.

Təbii qazın qiymətinin bu həddə qalxması ilə ABŞ-ın bu regionu dünyada təbii qazın ən bahalı bazarına çevrilib.

Ötən gün Yeni İngiltərə regionu (Konnektikut, Men, Massaçusetts, Nyu-Hempşir, Rod Aylend, Vermont ştatları) üçün növbəti gün çatdırılma ilə "Intercontinental Exchange” platformasında 1 mln. Britaniya termal vahidi həcmində təbii qazın qiyməti 35,35 dollara qədər artıb.

Ötən gün ABŞ-da təbii qaza tələbat dekabrın 22-si ilə müqayisədə 31% artıb və 115,7 mlrd. kubfut olub.

Bununla belə, NYMEX birjasında təbii qazın yanvar ayı üçün fyuçers qiyməti 0,9% azalaraq 2,643 dollar olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300