"Quranla bağlı elə qeyri-adi nəticələrə gəlmişəm ki...”

2017-ci il tarixdə qlobal bohranın dərinləşdiyi il kimi qalacaq. Böhran qlobal olduğuna görə, dünyada iqtisadi, siyasi, hüququ istiqamətlərdə öz təsirini göstərdi.

Bunu Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu ötən ilin yekunlarından danışarkən deyib.

Onun sözlərinə görə, 2017-ci ildə müxalifət düşərgəsində görüş və müzakirələrin aparılması üçün bir necə dəfə təşəbbüslə çıxış edib:

"Düzdür, nəticənin olacağını düşünmədiyimdən bu cəhdləri ürəkdən etmirdim. Sadəcə olaraq, nəbz yoxlaması mənasında addımlar atdım. Amma bu addımların hamısı uğursuz oldu. Səbəb odur ki, qlobal iqtisadi böhran var. Çoxları düşünür ki, qlobal iqtisadi böhran dünyada pulun dəyərinin aşağı düşməsi, yaşamın çətinləşməsi deməkdir. Ancaq iş ondadır ki, böhran səbəbindən dəyərlər aşağı düşür, mənəvi istiqamətlər zəifləyir. İqtisadiyyat sadəcə, bunun alt yapısıdır. Üzərində siyasət, mənəviyyat, hüquq, sosiallıq durur”.

Cəlaloğlu qeyd edib ki, qlobal iqtisadi böhran o zaman aradan qalxacaq ki, birqütblü dünya çoxqütblü dünya ilə əvəz edilsin:

"Hələlik bu istiqamətdə cəhdlər davam edir. Bu mərhələdə BMT islahatlara gedib çoxqütblü dünya sisteminə keçərsə qlobal iqtisadi böhranının qarşısı alınar və dünyada yenidən sabitləşmə gedər”.

Cəlaloğlu qeyd edib ki, 2017-ci il ADP və şəxsən özü üçün uğurlu olmayıb:

"Hər hansı uğurdan söhbət gedə bilməz. Məsələn, 2016-ci ildə şəxsi mənada mən Nobel Komissiyasına iki işimi göndərmişdim, amma bu il maliyyə çətinliyi səbəbindən işimi göndərə bilmədim. Heç bir sahədə uğurumuz olmadı. Uğur kimi onu deyə bilərəm ki, 2017-ci ildə üç nəvəm birinci sinfə gedib. Onlardan ikisi xaricdə, biri isə Azərbaycanda orta məktəbə başlayıb. Digər mühüm hadisə kimi Quranla bağlı yazılarımdır. Yəni Quranı izah edirəm. Bu sahədə qeyri-adi nəticələrə gəlib çıxmışam ki, heç kəs bu günə qədər yazdıqlarıma yaxın gələ bilməyib. Bunu da özüm üçün böyük nailiyyət hesab edirəm”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300