Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində dekabrın 25-də Bakının Xudafərin Şadlıq Sarayında Borçalı İctimai Cəmiyyətinin təşkilatçılığı ilə ənənəvi Gürcüstan Türkllərinin Həmrəylik Bayram mərasimi keçirilib.

 

Borçalı Elinin ağsaqqalları Zahid Ələmpaşalı və Osman Əhmədoğlunun xeyir duasından sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılıb. Aparıcının Həmrəylik Bayramının önəmi haqda qısa çıxışlarından sonra giriş nitqi ilə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib. Natiq mərasim iştirakçılarını təbrik etdikdən sonra Azərbaycan- Gürcüstan münasibətlərdə Borçalı Cəmiyyətinin hər zaman konstruktiv mövqeyinə işarə edərək bu prinsipin heç zaman dəyişməyəcəyini bildirib və Gürcüstan hökumətinin də son zamanlar Borçalı Cəmiyyətinə qarşı qeyri-məntiqi yanaşmasının tezliklə dəyişəcəyinə ümidvar olduğunu ifadə edib. Z.Məmmədli son günlər işıq üzü görən Borçalı Dastanı kitabını da iştirakçılara təqdim edib.

 

Sonra ötən ilin sonuclarına görə mükafatlandırma mərasimi başlanıb. Öncə akademik Zahid Xəlilov adına Türklüyə Xidmət Mükafatları sahibləri - tanınmış şairimiz Ramiz Rövşən, Türkiyə Cumhuriyyətinin Akraba topluluqlar komitəsinin sədr müavini Sayit Yusuf, tanınmış idmançı Zabit Səmədova təqdim edilib. Təqdimat zamanı şair Ramiz Rövşən, Zabit Səmədovun atası Mübariz Səmədov çıxış edərək mərasim iştirakçılarına öz düşüncələrini paylaşıblar. Sayit Yusufun mərasimə ünvanladığı təbrik və təşəkkür məkbuti oxunub.

 

İlin Şərəf medalı nominasiyasına Gürcüstandan olimpiya çempionu Kəmalə Məmmədova, Türkiyədən tanınmış jurnalist Ömür Ləkəsiz, rejissor Atilla Bayramoğlu, Hakan Kılıc, cərrah Faiq Orucoğlu, müğənni Xəlil Qaraçöp, tarixçi Cavid Mövsümlü, yazıçı Nəriman Əbdürrəhmanlı layiq görüldülər. Güney Azərbaycandan mərasimə qatılan elmi simalar Əli Xalxali, Seyid Məhəmməd Çavuşian, Əşrəf Bozçalu, İsfəndiyar Sepehrian, Məhəmməd Komicani, İsfəndiyar Hacilu, Ruhəngiz Mahvi və Əmni Rəufa, eləcə də Türkiyədən professor doktor Ahmet Buran və tanınmış jurnalist Yusif Ziya Comerte xüsusi təşəkkürnamələr təqdim olunub. Təqdimat zamanı mükafat sahibləri Borçalı Cəmiyyətinə təşəkkür edərək mərüsim iştirakçıları ilə öz düşüncələrini bölüşüblər. Mərasimdə son zamanlar Türkiyə futbol çempionatında uğurlar qazanan Kars36 spor komandasının sahibi Muhərrəm Yıldıza Cəmiyyət" adından xüsusi kubok da təqdim edilib. Tanınmış saz ustaları Güney Azərbaycandan Aşıq Böyükağa Piroğlu və Aşıq Cəbrayılın, gürcüstandan Nargilə Mehdiyevanın, Azərbaycandan Aşıq Termeyxan və Cahangir Quliyevin çıxışları maraqla qarşılanıb. Müğənni Xəlil Qaraçöp, Şuşa Elat Muğam Üçlüyü və Xudafərin ansamblının ifaları ilə mərasim davam edib.

 

Mərasimin sonunda Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli tədbir iştirakçılarını və millətimizi bir daha təbrik edərək Cəmiyyətin gələcək fəaliyyətində öz dəyişməz prinsiplərinə daim sadiq qalacağı haqda mesaj verdi. Mərasim Yallı sədaları və Müxəmməs havası ilə sona çatıb.

 

Borçalı Cəmiyyəti möhtəşəm həmrəylik mərasimi keçirdi+FOTOBorçalı Cəmiyyəti möhtəşəm həmrəylik mərasimi keçirdi+FOTOBorçalı Cəmiyyəti möhtəşəm həmrəylik mərasimi keçirdi+FOTOBorçalı Cəmiyyəti möhtəşəm həmrəylik mərasimi keçirdi+FOTOBorçalı Cəmiyyəti möhtəşəm həmrəylik mərasimi keçirdi+FOTOBorçalı Cəmiyyəti möhtəşəm həmrəylik mərasimi keçirdi+FOTOBorçalı Cəmiyyəti möhtəşəm həmrəylik mərasimi keçirdi+FOTOBorçalı Cəmiyyəti möhtəşəm həmrəylik mərasimi keçirdi+FOTO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300