BAO-nun Türkiyədəki tədbirlərinin yekunları ilə bağlı toplantı keçirildi

 

23 dekabr 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) qardaş Türkiyədə keçirdiyi uğurlu tədbirlər və görüşlərin yekunları ilə əlaqədar toplantı keçirildi.

 

Xatırladaq ki, bu günlərdə BAO-nun təşkilatçılığı ilə "21 Azər” hərəkatının ildönümü ilə əlaqədar İstanbulda geniş tədbir keçirilmiş, eyni zamanda BAO-nun İstanbul Yerli Ocağının üzvləri və Bakıdan Türkiyəyə səfər etmiş BAO nümayəndə heyəti bir çox başqa tədbirlərdə iştirak etmiş, önəmli görüşlər keçirmiş, o cümlədən BAO Başqanına "Anadolu Azərbaycan Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi” adından "Onur Bəlgəsi" verilmişdir. BAO Başqanı Z.Əlisoy həmçinin ArazNews TV-yə önəmli müsahibə vermişdir. Tədbirlər sırasında BAO-çular Ankarada M.Ə.Rəsulzadənin məzarını da ziyarət etmiş və məzarüstü abidədə təmir işləri aparmışdır.

 

BAO-nu ofisində təşkil olunmuş toplantını giriş sözü ilə açan BAO başqanının Türk Dünyası ilə Əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli öncə BAO-nun Türkiyədə həyata keçirdiyi tədbirlərin ancaq Azərbaycan türkləri arasında deyil, Türk dünyasında da geniş əks-səda doğurduğunu bildirdi. O, bu uğurların davamı olaraq BAO-nun Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinədə hazırlaşdığını və bununla bağlı təşkilatın tədbirlər planını hazırlamaqda olduğunu da qeyd etdi.

 

Sonra söz BAO başqanı Zahir Əlisoya verildi. Türkiyə səfərindən yeni qayıtmış Zahir bəy BAO-nun İstanbul və Ankara şəhərlərində keçirdiyi uğurlu tədbirlər və görüşlər haqqında geniş məlumat verərək ona bu barədə verilən sualları da cavablandırdı. O, eyni zamanda Cümhuriyyətin 100 illiyi ilə bağlı gələn il keçiriləcək tədbirlər planı haqqında da ümumi məlumat verdi.

 

Daha sonra müzakirəyə qatılan BAO-çular – Dilavər Əzimli, Cavanşir Beydullayev Natiq Ulubəy, Fərrux Əmrəli, Eldəniz Abbaslı, Elvin Abdulla və b. qeyd olunan məsələlərlə bağlı öz fikirlərini bildirərək Türkiyədə keçirilmiş tədbirlər və görüşləri yüksək qiymətləndirdilər. Müzakirədə həmçinin Cümhuriyyətimizin 100 illiyi ilə bağlı Dərbənddə, Borçalıda və digər yerlərdə də tədbirlərin təşkil olunması qərara alındı.

 

Toplantıda Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadə də iştirak edirdi. O, Türkiyədə keçirilımiş tədbirlərə, o cümlədən M.Ə.Rəsulzadənin məzarüstü abidəsinin təmir olunmasına görə BAO-çulara öz təşəkkürünü bildirdi. R.Rəsulzadə həmçinin Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərlə bağlı öz tövsiyələrini vermeklə bu işdə BAO-çulara uğurlar dilədi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300