İsa Qəmbər Rəsulzadənin və həyat yoldaşının məzarını ziyarət etdi- FOTOLAR

 

İsa Qəmbər Türkiyəyə səfərdədir

 

Türkiyədə səfərdə olan Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ötən gün, dekabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin və həyat yoldaşı Leyla (Vanda) Rəsulzadənin məzarlarını ziyarət edib.

 

Arqument.Az xəbər verir ki, ziyarət törəninə İsa Qəmbərlə yanaşı, Cəmil Ünal və Azərbaycan Kültür Dərnəyinin bir qrup nümayəndəsi, Müsavat Məclisin sədri Nüşabə Sadıxlı, Müsavatın Divan üzvü, jurnalist Nailə Yaqublu, Məclis üzvü, jurnalist Könül Şamilqızı, müsavatçılar Xanım Xəlilova və Xuraman Bağırova, Müsavatın Binəqədi təşkilatının sədri Gülxar Rzayeva, jurnalist Alya Ağayeva və s. şəxslər qatılıb.

 

İsa Qəmbər Azərbaycan Kültür Dərnəyinin dəvətilə Türkiyəyə səfər edib. Dəvət aldığı tədbir isə "Azərbaycan, Krım, Türkiyə sənət və qardaşlıq şöləni" adlanır.


 

Azərbaycan Kültür Dərnəyi 1949-cu ildə Türkiyədə dünyada ilk Azərbaycan diaspor təşkilatı kimi tarixə düşmüş Azərbaycan Kültür Dərnəyi yaradılıb. Bu təşkilat Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadə tərəfindən təsis edilib.

 

Dərnəyin ilk sədri Həmid Atanan olub. 1952-ci ildə dərnək "Azərbaycan” jurnalının nəşrinə başlayıb, istiqlaliyyət ideyalarının təbliğinə çalışıb. Bununla yanaşı, Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini təbliğ edən bir sıra kitablar da məhz bu dərnəyin yardımı ilə nəşr edilib.


 

Dərnəyin fəaliyyətinə H.Atanandan sonra R.Unsal, Kərim Odal, Əhməd Yasaf, Cəmil Odeli, İsgəndər Ağuzum, Məhəmməd Kəngərli və Camal Ünsal rəhbərlik ediblər. Hazırda Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünaldır.

 

 

Xatırlatma


 

 

Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla (Vanda) Rəsulzadənin məzarı 2017-ci ilin noyabr ayının 21-də jurnalist Könül Şamilqızı tərəfindən aşkarlanıb. Belə ki, o,Leyla Rəsulzadənin məzarının "Əsri" qəbiristanlığında olduğunu sənədlərlə sübut edib.


 

Bir neçə gün öncə isə məzar Azərbaycan Kültür Dərnəyinin dəstəyi ilə təmir olunub.//Arqument.Az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300