Mirzə Fətəli Axundzadəyə "fars” deyənlərə- Tutarlı cavab

Axundzadə öz tərcümeyi-halında yazıb ki, "milliyyətcə farsam”. Axundzadə o zaman üçün düz deyir - farsdır, amma bu zaman üçün düz demir, o, milliyyətcə türkdür. Hətta Axundzadəni ərəb hesab edənlər də var.

Bu sözləri yazıçı Firuz Mustafa Axundzadənin milliyyətcə fars olduğu ilə bağlı iddialara münasibət bildirərkən qeyd edib. O bildirib ki, Axundzadə dünyaya gələndə (1812-ci ildə) Azərbaycan İran ərazisinə daxil idi:

"Mirzə Fətəlinin atası təmiz türk qövmündəndir - Təbriz yaxınlığındakı Xaminə kəndindən, anası isə Nuxadandır (Şəkidən). O zamandan az sonra biz rus imperiyasının təbəəliyində olsaq da, həmin dövrəcən doğulanları dəftərxanalarda "fars” kimi qeyd edirdilər. Belə ki, o dövrün Abbasqulu ağa Bakıxanov, Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh və s. bu kimi görkəmli şəxsiyyətlərinin milliyyəti də sənədlərdə gah "tatar”, gah da "fars” kimi qeyd olunub”.

Alim həmin şəxslərin niyə türk yox, məhz fars olaraq qeyd olunmasına da münasibət bildirib:

"Çünki o vaxtlar İranda doğulan insanlar "fars”, Rusiyada doğulan insanlar isə "rus” adlandırılırdı. Təkcə İranda və Rusiyada belə deyildi. Sovetlər Birliyi dağılana qədər SSRİ-dən xaricə gedən vətəndaşların hamısına "rus” deyirdilər. Digər tərəfdən, indinin özündə də Çindən gələnlərə "çinli”, İngiltərədən gələnlərə "ingilis”, Afrikadan gələnlərə "zənci” deyirik. Axundzadənin zamanında Türkiyədən olanlara adətən osmanlı (nadir hallarda türk), Azərbaycandan olanlara "fars”, "qafqazlı” (nadir hallarda tatar) deyirdilər. Hətta Mirzə Fətəliyə "tiflisli”, "nuxalı”, "rus” deyənlər də olub”.

Firuz Mustafa vurğulayıb ki, indi təkcə adi adamların arasında deyil, özünü "alim” hesab edən şəxslərin arasında da bisavadlıq artmaqdadır:

"Onların bəziləri doğrudan da Mirzə Fətəlini fars hesab edirlər. Ona görə də Mirzə Fətəli Axundzadənin bu sözlərini xatırlamaq yerinə düşər: Dünyada ərəblər qədər gözəl nağıl uyduran, farslar qədər bu nağılı gözəl danışan və türklər qədər bu nağıla inanan ikinci bir millət yoxdur”. (Kult.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300