Azərbaycan internetin sürətinə görə TOP-100-ə düşə bilməyib

 

"Ookla Speedtest Global” təşkilatı bu ilin noyabr ayı üzrə internet sürətinə görə ölkələrin reytinqini hazırlayıb.

"Report” xəbər verir ki, 10,81 Mbps orta sürətlə Azərbaycan ilk 100-lükdə yer almayıb və 102-ci yerdə qərarlaşıb.

Bununla belə, qeyd edilir ki, Azərbaycantəxminən ikiqat artıq - 19,82 Mbps mobil internet sürətinə sahib ola bilər. Bu isə qlobal orta sürətə (20,28 Mbps) yaxındır.

Ən sürətli genişzolaqlı internetə Sinqapur (153,85 Mbps), mobil internetin sürətinə isə Norveç (62,66 Mbps) malikdir.

Gürcüstanda internetin sürəti 19,82 Mbps, Ukraynada 34,70 Mbps, Belarusda 27,26 Mbps təşkil edir.

İnkişaf etməkdə olan Avropa ölkələrindən Rumıniya 104,46 Mbps orta sürətlə 4-cü, Macarıstan 92,47 Mbps sürətlə 5-ci, Litva isə 75,94 Mbps sürətlə 11-ci yerdə qərarlaşıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300