Qəza nəticəsində "Niva Chevrolet” markalı avtomobil körpüdən aşıb 

Daşkəsəndə körpüdən aşan avtomobil rayon Mədəniyyət və Turizm Şöbəsinə məxsus olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün saat 18 radələrində Daşkəsən rayonun Bayan kəndi ərazisində ağır yol nəqliyyat qəzası baş verib. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, rayon sakini, 1953-cü il təvəllüdlü Hacı Məmmədov şöbəyə məxsus "Niva Chevrolet” markalı avtomobillə Daşkəsən şəhərindən Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və Qoşqar çayı üzərində olan körpüdən təxminən 20 metr hündürlükdən çaya aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini, Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyev isə ağır bədən xəsarəti alıb. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300