Rusiya MSK müxalifət liderinin namizədliyini qeydə almadı
Aleksey Navalnıya prezident seçkilərində namizəd olaraq iştirak etmək hüququ verilməyib.
Virtualaz.org "Life-Shot” telegram-kanalına istinadən xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası müxalifət lideri Aleksey Navalnının prezidentliyə namizədliyini qeydə almayıb.
Səbəb kimi Navalnının məhkəmə hökmü altında olması göstərilib.