Bərdədən Xeberman.com-a daxil olan məlumata görə rayon İcra başçısı Vidadi İsayev büdcə təşkilatlarının müdirlərinə sözün həqiqi mənasında aylıq haqq qoyub.

Bildirilir ki, büdcə təşkilatlarının müdirləri aylıq qazanclarının təxminən yarısını Vidadi İsayevlə bölüşürlər. İcra başçısının kiçik məmurların qazancına şərik getməsi sözsüz ki, Bərdədə idarə müəsissələrin korrupsiya bataqlığına düşməsinin göstəricisidir.

İcra başçısının yaddaş kitabçası…

İdda edirlir ki, Vidadi İsayev özünə kiçik bir yaddaş kitabçası açıb və orada məmurların həyata keçirdiyi maxinasiyalar son qəpiyinə kimi qeyd olunub. Məhz icra başçısı idarə müdirlərinin ayda nə qədər qazanc əldə etdikləri hər kəsdən yaxşı bilir. Məlumatlı mənbəmizin iddiasına görə artıq 2 ildən çoxdur ki, Bərdə idarə müdirləri icra başşçısı Vidadi İsayevə konkret olaraq siyahı ilə aylıq verirlər. Belə ki, 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov ayda 3 min manat (həyata keçirdikləri yol maxinasiyalarından əlavə), Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev ayda 5 min manat, Təhsil Şöbəsinin müdiri Rzaquli Şərifov ayda 5 min manat, Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min manat, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov, Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Rəşid Rzayev, Subartezan Quyularının İstismar İdarəsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsinin müdiri Sərdar Əhmədov ümumilikdə 20 min manat hesab verirlər.
Mənbəmiz bildirir ki, su idarələrinin hesabını Suvarma Sistemləri İdrəsinin müdiri Natiq Əhmədov yığaraq Vidadi İsayevə çatdırır.

Yeni il, yeni qiymətlər…

Yeni ildən isə icra başçısı məmurlardan aldığı "hesabın” artırılması ilə bağlı göstəriş verib.  İcra başçısı məmurlardan yığdığı hesabı Bərdə şəhərinin abadlaşdırılaması üçün istifadə olunacağını bildirir. Amma bütün məmurlar yaxşı bilir ki, Vidadi İsayev ayda yığdığı külli miqdarda vəsaiti rayonun abadlaşdırılmasına deyil, özünün Yevlax və Bakı şəhərində yaratdığı özəl bizneslərə, imarətlərə xərcləyir. Məlumat mənbəmiz bildirir ki, Vidadi İsayevin qazanc mənbələrindən biri də Bərdə şəhər icra nümayəndəsi Əli Fərzəliyevdir. Məhz icra başçısı bərdə şəhərində həyata keçirilən abadlıq, tikinti, təmir işlərindəki maliyyə maxinasiyalarını Əli Fərzəliyevin vasitəsi ilə həyata keçirir. Vidadi İsayevin Əli Fərzəliyevin əli ilə Bərdə şəhərində Tikinti, təmir işlərində həyata keçirdiyi maliyyə maxinasiyaları barədə yaxın günlərdə oxucularımıza məlumat verəcəyik.(xeberman.com)

Qarşı tərəfində mövqeyindərc etməyə  hazırıq.
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300