İş zamanı şikəst olan və cəmi 67 manat pensiya alan elektrikin anası dilə gəldi

 

Mehdiabadda yaşayan məcburi köçkün ailəsində uzun müddət hamı işsiz imiş. İş axtarırlar, çoxlu qapılar döyürlər. Nəhayət 2015-ci ilin iyul ayında onlara deyilir ki, "AN-MEDİA” MMC-dəelektrik yeri var. Qasımov Cavanşir Famil oğlunu dərhal həmin işə göndərirlər. Cavanşır iyulun 8-də adı çəkilən şirkətdə işə başlayır. Tək özü, yox bütün ailəsi buna çox sevinir. Ammasevincləri cəmi 10 gün çəkir.

17 iyul 2015-ci il tarixində evə xəbər gəlir ki, oğlunuzu Müşfiq qəsəbəsi ərazisində "tok vurub”.

Yüksək gərginlikli elektrik cərəyanı Cavanşıri işlədiyi elektrik dirəyindən yerə çırpıb. Onu iş yoldaşları ölümcül vəziyyətdə xəstəxanaya çatdırıblar. Həkimlərin səyi nəticəsində bir neçə gündən sonra komadan ayılsa da, o, ömürlük şikəst qalır.

Cərəyan onun başının sol hissəsinin sümüyünü yandırıb, boynunu, kürəyini partladıb, sol qolunun əzələ hissəsini dirsəyə qədər yandırıb və sol qolunu iflic edib. Sağ qolu isə tamam yanıb və həkimlər kəsməyə məcbur olublar…

Bu tükürpədən hekayəni Cavanşirin anası – ötən gün "Basta”nın redaksiyasına gəlmişElmira Qasımovadanışdı. O bildirir ki, himayəsində körpə uşağı olan Cavanşir travmanı rəsmi çalışdığı yerdə və iş zamanı alsa da, indi ona cəmi 67 manat pensiya və təqribən o qədər müavinat ödənir. Şirkət isə Cavanşirin müalicəsi üçün lazım olan vəsaiti vermir.

 

Elmira Qasımova bildirir ki, bununla bağlı ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə müraciət etsə də, məsələ ilə maraqlanan yoxdur.

Şikayətçi hesab edir ki, onun müraciətlərini İlham Əliyevə və Mehriban Əliyevaya çatdırmırlar. Bu üzdən Elmira Qasımova müraciətlərin "Basta”da dərc olunmasını istəyib.

Müraciətləri təqdim edirik:

 

 

***

Azərbaycan Respublikasının vitse prezidenti, Heydər Əliyev fondunun prezidenti, ölkənin birinci Xanımı Mehriban xanım Əliyevaya

Ağdam rayon məcburi köçkünü Şəhid bacısı, Qarabağ Əlili bacısı, birinci qrup ömürlük əlil övlad anası Qasımova Elmira Bulis qızı tərəfindən

 

Müraciət

Hörmətli Mehriban xanım!

Bildirirəm ki, bizim ailə məlum hadisələrlə əlaqədar Ağdam rayonundan məcburi köçün düşərək Bakı şəhərində 9/mk ərazisində yerləşən yarımçıq binada məskunlaşmışdır. 1994-cü ildə qardaşım Quliyev Rövşən Bulis oğlu Ağdamın Qaraağaşlı kənd uğrunda gedən döyüşlərdə qəhramancasına Şəhid olmuşdur. İkinci qardaşım isə Quliyev Namiq Bulis oğlu döyüşlərdə bir neçə dəfə ağır yaralanmış və Qarabağ müharibəsi əlilidir. Bizim ailə üçün bu ağır zərbə idi.

2013-cü ildə Dövlət tərəfindən bizim ailəyə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində hər cür şəraiti olan mənzil verildi. Bunun üçün Cənab Prezidentə öz böyük minnətarlığımızı bildiririk.

Bu qəsəbəyə köçdükdən sonra yoldaşım və oğlum iş tapmaqda çətinlik çəkirdilər. Bir müddət fərdi işlə məşğul oldular. Biz iş üçün bir çox idarə və təşkilatlara müraciət etmişdik. Çünki ailədə hamı işsiz idi. Nəhayət 2015-ci ilin iyul ayında MKİS-dən məlumat verildi ki "AN-MEDİA” MMC onlardan işçi istəyirlər və münasib iş yeri var. Mənim oğlum Qasımov Cavanşir Famil oğlunu dərhal həmin işə göndərdilər. 08.07.2015-ci il tarixində adı çəkilən şirkətdə işə düzəltdilər. Bu bizim ailə üçün çox sevindirici oldu. Lakin sevincimiz cəmi iki həftə çəkdi. 17 iyul 2015-ci il tarixində saat 14:30 radələrində telefonla xəbər gəldi ki, oğlunuzu Müşfiq qəsəbəsi ərazisində güclü elektrik gərginliyi vurmuşdur. Elektrik dirəyindən yerə düşərək ölümcül vəziyyətdə iş yoldaşlarının köməyi ilə təciliyardım maşını ilə Bakı şəhər 1 nömrəli xəstəxanasına aparmışlar. Mən xəstəxanada oğlumun koma vəziyyətində olduğunu gördum. Bir sutkadan sonra oğlumu 5 nömrəli yanıx şöbəsinə köçürdülər. Həkimlərimizin səyi nəticəsində bir neçə gündən sonra komadan ayıldı. Vəziyyəti olduqca ağır idi. Cərəyan onun başının sol hissəsinin sümüyünü yandırmış, boynunu, kürəyini partlatmış, sol qolunun əzələ hissəsini dirsəyə qədər yandırmış və partlatmış sol qolunu iflic vəziyyətə salmışdır. Sağ qolu tamam yanmış və həkimlərin bir çox səyinə baxmayaraq kəsmək məcburiyyətində qalmışdılar.

 

Özünü hiss etməsi çox zəifdir və şikəst vəziyyətindədir. Başının yanmış sümüklərini direllə qırxdan çox dəliklər açmışlar və yanan sümükləri hissə-hissə altı-yeddi ay ərzində alətlərlə çıxartmışlar. Sonra onun yernə qılçalarından dəri alınmış və beynin açıq hissəsinin üstünü örtmüşdülər. Başının sol hissəsində sümüklər yoxdur bədənindən alınan dərilərlə örtülmüşdür. Oğlum Qasımov Canavşir Famil oğlu 1989-cu il təvəllüdlüdür ailəlidir və bir oğul övlad atasıdır. Bu hadisədən əvvəl oğlumun həyat yoldaşı oğlum iş tapa bilmədiyi üçün anası gilə getmişdir. Oğlum Qasımov Cavanşir işə düzəldi ki, öz ailəsin yanına gətirsin amma çox təsüf ki, onlar bu hadisədən sonra oğlumu qəbul etmədilər. Hazırda xəstə oğluma özüm xidmət edirəm. HadisəndəHadin sonra xəstəxanadan "AN-MEDİA” MMC şirkətinin səlahiyyətli işçiləri bizə dedi ki, narahat olmuyun xəstənin sağalması üçün nə lazımdı edəcəyik. Hadisədən bir ay keçəndən sonra məlum oldu ki, oğlumla "AN-MEDİA” MMC şirkəti arasında heç bir əmək müqaviləsi bağlanmamış və müqaviləsiz işlətmişdilər. Bir ayın tamamında oğlum ağır komaya düşdü və mənim şirkətə müraciətimə baxmayaraqa şirkət köməklik etməkdən imtina etdi. Mən məcbur qalıb Qaradağ rayonu Prokrorluğuna və Sosial müdafiə fonduna müraciət etdim. Daha sonra Sosial Müdaifə fondundan mənə bildirlilər ki, iş bağlanıb arxivə atılmışdır. Mən işi təzədən bir daha qaldırdım və Bakı şəhəri Baş Pokrorluğuna, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına, ölkənin birinci xanımı Heydər Əliyev fondunun Prezidenti xanım Mehriban Əliyevaya məktublar, şəkillər göndərdim və dəfələrə teleqram vurdum ki, bizim işə baxılsın. Xəstəxanada oğlumun ağır vəziyyətdə olan vaxtı Bakı şəhər Baş Prokuroru Əziz Seyidov cənabları məni xəstəxanadan çağırtırıb şəxsən özü qəbul etdi. Mənə bildirdi ki, ana narahat olmuyun iş zamanı oğlunuz xəsarət aldığı üçün bütün əmək müaviləsi və əmri bərpa olub dəyən ziyan ödəniləcək. Hətta cənab Prokuror tapşırıq verdi ki, iş bağlanıb məhkəməyə verilsin. Buna baxmayaraq o vaxtdan heç bir organlar xəstə ilə maraqlanmadılar.

 

 

Hətta may ayında işi bir il gecikdirib məhkəməyə verdilər. Məhkəmədə də şahidlərlə təsdiq olundu ki, oğlum Qasımov Canavşir iş başında xəsarət alıb. Amma məhkəmə üç ay çəkdi. Məhkəmə zamanı şirkətin drektoru söz verdi ki, Natarusa gedəcəm, əmri bərpa edəcəm, maddi və məməvi dəyən ziyanı ödüyəcəm və oğlunuzu hara lazımdı müalicəyə aparacam. Məhkəmə "AN-MEDİA” MMC-nin drektuna iki il icbari iş verdi. Maaşından iyirmi faiz dövlətə vergi tutuldu. Amma Məhkəmə drektorun dediyi sözlərin heç birini sənədə qeyd etməyib və xəstə üçün heç bir təzminat yazılmayıb. Biz məhkəmədən çıxanda drektor dedi ki, sizi özüm aparacam və bizi evə gətirdikdən sonra həyat yoldaşıma bildirdi ki, orada söz verdiyimə baxma oğlunuz mənlik deyil çünki mənə iki il icbari iş verdilər və maaşımdan iyirmi faiz dövlət rüsumu tutulacaq. Bu hadisə orucluq Bayramından bir gün qabaq yəni may ayının 5-də baş vermişdir. Hörmətli Mehriban xanım! Qaradağ rayonu məhkəməsindən bir gün sonra yəni may ayının 7-də həyat yoldaşım Qasımov Famil Fazil oğlu bu haqsızlığa dözməyərək yaşadığımız binanin qarşısında qəflətən vəfat etmişdir. Mərasimdən bir neçə vaxt sonra Apeliyasiya Məhkəməsinə müraciət etdim. Məhkəmə işi nəcə var idisə o vəziyyətdə də saxladı. Sonra işi mülki qaydada Nərimanov məhəkəmsinə müraciət etdim. Əvvəlcə Nərimanov məhkəməsi xəsitənin vəziyyətinə çox pərişan oldu amma üç ayın tamamıda gətirib bizə 5000-10000 manat təzminat kəsdilər. Məyər övladımın sağ qolunun kəsilməsini, sol qolunun işləməməsini, başının yarısının olmamasını, sol gözünün görməməsini, sol qulağından mayelərin gəlməsini alın cipində iki böyük dəliklərin açıq olmasını 5000-10000 manatla sağaltmaq olarmı? Azərbaycanda oğlumun alın cipində olan iki böyük dəliyinin bağlanması və müalicəsi mümükün deyil. Azərbaycanda olan böyük xəstəxanaların hamısında baxilib və xəstəni qəbul etməyiblər. Hətta Türkiyədən gələn həkimlər də baxdılar və qəbul etmədilər. Dəfələrlə Milli Məclis və bir çox orqanlara müraciət etməyimə baxmayaraq heç bir koməklik etməmişdilər.

 

 

"AN-MEDİA” MMC şirkətinin vəkili Sahib məhkəmədən sonra mənə bildirdi ki, bizim böyük adamlarımız var. Hara istəyirsən şikayət et sənin bizə gücün çatmaz. Hətta mən onda dedim ki, özünüzü mənim yermə qoyaraq bir an fikirləşin ki, övladınız bu vəziyyətə düşsə və həyat yoldaşın vəfat etsə siz neyniyərdiniz? Buna baxmayaraq Sahib məni nəlayiq sözlərlə təhir etdi və bir vəkilə yaraşmıyan hərəkətlə qolumdan tutub bayıra atdı. Hətta İlqar müəllim mənə dedi ki, başqa ölkədə həkim tap övladınızı müalicəyə aparaq. Mən də İran Respublikasda tanıdığımız adamlara xəstənin şəklini göndərdik. Orda həkim tapıldı. Həmin həkim İbrahim Tatlısesin həkimidir. Dedilər ki, xəstəni gətirin baxaq. Bir neçə vaxt keçdi və öyrəndik ki, həkim Tehran şəhərinə gedib. İlqar müəllimlə danışdıq və o dedi ki, mənə biraz vaxt verin ki, pul tapım göndərim. Bir neçə vaxtdan sonra İlqar müəllim öz şoferinə 1000 manat pul verib bizimlə Tehrana yola saldı. Həkim biz getdiyimiz xəstəxanada yox idi. Öyrəndik ki, çox təsüf ki, həkim orada yox idi. Dedilər ki, həmin həkim dünya miqyaslı həkimdir. Xəstəxanaları gəzir bir yerdə işləmir. Başqa bir həkim xəstəyə baxdı. Alın cipinin bağlanmasını öz boynuna çəkdi və aparata göndərdi. Amma bizi aparan adam xəstəni aparata salmağımıza icazə vermədi. O dedi ki, sonra gələndə aparata salarıq. Gecə oğlumla mən xəstəxanada kladorda qaldıq və çox əziyyətlər çəkdik. Otel də yox idi. Mən Azərbaycana gələndən bir gün sonra İlqar müəllim ilə görüşdüm. Hətta o mənə demişdi ki, orda pul qalsa xəstə üçün dərman alarsınız amma şofer almadı. Çünki o pulun heç yarısı da xəstə üçün xərclənmədi. Mən İlqar müəllimlə söhbət etmək istədim o mənə dedi ki, ərizəni geri götür oğlunun alın cipini bağlatdırım yerdə qalan isə mənlik deyil. Mən onda dedim bəs yaxşı onun beynin üstünün sümükləri yoxdur, bir gözü görmür, qulağ maye ilə doludur, alın cipindən maye gəlir, sağ qolu kəsilib və protez lazımdır, sol qolu yararsızdır özün idarə edə bilmir bəs bunların müalicəsi necə olacağ. Hətta o mənə dedi ki, xəstəni bu gündən işə götürüm adına ayda 300 manat maaş yazım və o pulları sən hər ay topala və övladını müalicə edərsən. Övladım dəfələrə komaya düşüb və dərman alamağa da imkanım çatmır. Evdə ona baxmaqdan qızım da ürəyi xəstəlik tapıb. Biz gedib Nərmanovda iş axtarmamışıq. Şirkət özü gəlib Qaradağ rayonu Müşfiqabad qəsəbəsində Qaçqın şəhərciyində üç ay öncə 2013-ci ildə MKİS idarəsindən dəfələrlə müraciət edib işçi istəyiblər. Təsadüfi mən arayış almaq üçün MKSİ getmişdim orda mənə ailəm işləmədiyi üçün oğlumu iş düzəlti. Hal-hazırda İlqar müəllim, Rahil müəllim işə götürən odur. Oğlumu dəmir dirəyə çıxardan elektrikdir. Məsuliyyət onlarındır. Çünki işə götürən də onlardır, dəmir dirəyə çıxardan da həmin idarənin işçisidir və məsuliyyət onlarındır. Xahiş edirəm ki, övladımın işi bərpa olunsun və iki ildə dəyən maddi və mənəvi ziyan ödənilsin və yaxud övladıma, ailəmə dəyən ziyan konpenastsiya ilə ödənilsin ki, mən də övladımı müalicəyə aparım. Onun da bir övladı var və o da bir atadır. Çünki onun övladı da yolunu gözləyir. Hörmətli Mehriban xanım! Cənab Prezident iki-üç ay bundan əvvəl Sahildən keçən zaman mən övladımın şəkilini açıb ona göstərmək istəyəndə məni tutdular və sonra səhəri günü dövlət tərifindən nümayəndlər bizim qəsəbəyə gəldi. Qaradağ Müşfiq qəsəbəsində mən, MKİS-in müdiri Qabil müəllim və Sahə rəyisi ilə birlikdə olduğu kimi hadisəni danışdım və onlar gəlib xəstəyə baş çəkdilər və mənə bildirdilər ki, narahat olmuyun Cənab Preizdentə məlumat verəcəyik. Bu hadisəndən sonra Sahə müvəkilli məni yanına çağırıb bildirdi ki, sizin haqqınızda ölçü götürlməsi barədə məlumat verilib. Mən də bildirdim ki, bir Azərbaycan vətəndaşı olaraq oğlumun və vəfat etmiş həyat yoldaşımın hüququnun tapdalanmaması üçün müraciət etmişəm. Hörmətli Mehriban xanım! ailədə birinci qrup ağır vəziyyətdə olan oğlum, mən və tələbə qızım var. Bizim evin gəliri çörək pulu və oğluma verilən sosial pensiyadır və başqa heç yerdən gəlirimiz yoxdur. Nə sosiyal yardım nə özüm penisya almıram nə də ki, işləyə bilmirəm çünki oğluma baxıram. Çünki oğlumun sağ qolunun kəsildiyinə və sol qolunun iflic vəziyyətində düşdüyünə və özü-özünü fərdi şəkildə idarə edə bilmədiyinə görə mən onun qayğısına qalıram. Hörmətli Mehriban xanım! Halbuki qanunda 1-ci qurup tam hərəkətsiz və əmək qabiliyyəti olmayan xəstəyə baxmaq üçün ailə üzvündən əmək haqqı ödənilməklə bir nəfər təyin edilir. Həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. Lakin bununla bağlı biz həmin nazirliyə bir neçə dəfə müraciət etsək də nəticə olmamışdır.

Hörmətli Mehriban xanım! sizdən xahiş edirəm ki bizə iş başında iş zamanı bədəninin 85 faizini, sağlamlığının 100 faizini itirdiyi üçün oğluma həmin müəssisə tərəfindən birdəfəlik kompensasiyanın verilməsini

İş zamanı ciddi xəsarət aldığı üçün oğlumun müəssisənin hesabına müalıcə olunmasının təmin edilməsını

Iş zamanı sağlamığını və əmək qabiliyyətini tam itirdiyi üçün oğlüma müəssisənin hesabına pensiya təyin edilməsi işində

Müəssisə rəhbərliyinin ailəmizə qarşı etdiyi haqsızlıqlara və oğlumu bu vəziyətə saldığına görə fikirdən bu dərdə dözməyərək ərimin ölməsinə səbəb olan "AN-MEDİA”MMC-nin rəhbərliyi barədə qanunamüvafiq tədbir görülməklə bizə dəyən maddi və mənəvi ziyanın ödənilməsini təmin etmək üçün aidiyyatı üzrə nüvafiq göstəriş verməyinizi Sizdən ailəmiz adından xahiş edirik.

Bir müddət mənim oğlumun sağalması üçün qohumlar və tanışlar kimin gücü nəyə çatırsa yığışıb kömək etmişdilər. Amma indi heç kimin imkanı yoxdur bizə kömək edə. Əmək və Müdafiə fondunun 2 sayılı idarəsi xəstəni görmədən və bizlə əlaqə yartmadan öz yanlarından saxta yazılar yazıb işi bağlayıblar. Halbuki Nərmanov rayon məhkəməsi məhkəmədə iştirak etmələri üşün 2 sayılı idarənin işçisini çağırdı amma heç kəs gəlmədi və məhkəmədə iştirak etmədilər. Mən bu haqsızlığa dözə bilməyib Amerikanın Azərbaycanda olan səfirliyinə müraciət etdim. Onlar mənə bildirdilər ki, biz sizi qəbul edə bilmərik çünki bu hadislərdən cənab Prezidentin və Baş Prokrorun heç birinin xəbəri yoxdur və onlarla görüşün onlar sizin hüquqlarınız bərpa edəcəklər. Bildirdilər ki, əyər sizin hüquqlarınız bərpa olunmasa biz sizin qayğınıza qalarıq. Amma Hörmətli Mehriban xanım! mən bilirəm və ümüd edirəm ki, siz və cənab Prezidentimiz bizim qayğımıza qalacaqsınız və mənim övladlarımıdan heç birinin arzusu deyil ki, başqa bir ölkənin vətəndaşlığını qəbul edələr. 2017-c il may ayının 23-də Azərbaycan Respublikasının ağsakkalı Arif Paşayev cənablarına adına ərizə yazıb ərizənin içərisinə 12 şəkil qoyub idarənin Adellkadrna verildi. İyun ayının 7-də idarəyə getdim ki, görüm nə xəbər var. Onlar mənə bildirdi ki, iş məhkəməlik və prokrorluqdu bizlik bir şey yoxdur. Mən sənədləri geri istədim onlar mənə bildirdi ki, sənədlər götürülüb bizə yoxdur. Ona görə getmişdim ki, səsimizi sizə çatdıraq. Sənədləri geri istədiyim üçün məni həbs etmək istədilər və Buzovna polisinə apardılar. Mən orda olduğu kimi söhbət etdikdən sonra məni buraxdılar. Çünki göstəriş verilmişdir ki, 15 sutka həbs etsinlər. Bu qədər haqsızlığa döz bilmirəm. Hər yerə müraciət etmişəm hər yerə tapşırılıb ki, bizim işə baxılmasın. Çünki əlimdə faktlarım var. Çünki şirkət həm oğlumun əlil olmasında həm də yoldaşımın vəfat etməsində başlıca səbəbkardılar. Hal-hazırda bu haqsızlığa tab gətirmədiyimə görə özümündə vəziyyət ağırlaşır. Mən fikirləşirəm ki, mənə bir şey olsa övladıma kim baxacaq və talehi necə olacaq. Hörmətli Mehriban xanım! mən bir Azərbaycan vətəndaşı kimi ümüd edirəm ki, siz və cənab Prezident mənə köməklik edəsiniz və bu haqsızlığa son qoyulsun. Hal-hazırda 3 il müddətində işimizə haqq ədalətnən baxılmasını sizdən xahiş edirəm. İşimiz Apelasiya Məhkəməsindədir. Xahiş edirəm işi nəzarətə götürəsiniz və haqq ədalət öz yerini tapsın. Sizdən artıq dərəcədə Xahiş edirəm mənim övladım Məhkəmə Ekpertiziyasından keçirilsin və bütün şahidlər, idarə rəhbəliyi ilə birlikdə məhkəmədə iştirak etsinlər.

Hörmətli Mehriban xanım! Sizə bir ana kimi, bir Şəhid bacısı kimi, Bir Qarabağ Əlili bacısı kimi, birinci qrup övlad anası kimi və bir Qarabağ məcburi köçkün ailəsi kimi məni qəbul etməyinizi və müraciətimə baxmağınızı xahiş edirəm.

Qasımova Elmira

Telefon: (012) 410-48-53

 

IMG_0326IMG_033016

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300