Bu gün baş vermiş vulkan püskürməsi haqda(ELMİ LADUN)

"And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır". Quran, 19:94

Xəbər verildiyi kimi, bu gün (26 yanvar) Hacıqabul rayonu (Udulu kəndi) ərazisində vulkan püskürməsi baş vermişdir. Hesablamalarımız göstərir ki, Azərbaycanda baş verən bütün təbiət hadisələri (təbii fəlakətlər) hamısı bir-biri ilə riyazi şəkildə əlaqəlidir və eyni bir prosesin tərkib hissəsi olduğu aydın görünür (kitablarımı və paylaşmalarımı izləyənlər bunu bilirlər). Maraqlıdır ki, bugünkü vulkan püskürməsi də bu qəbildəndir və özündən əvvəlki bənzər hadisələrlə zəncirvari bağlıdır. Bunu aşağıdakı faktlardan görmək olur:

1) Xatırladım ki, elm əsrinin 13-cü ilinin 13-cü günündə (13.01.13) Hacıqabul ərazisində (Pir-saat st.) neft daşıyan qatarı ildırım (!) vurdu və baş verən yanğın bölgədə böyük həyəcana səbəb oldu (rayonlardan gələn sərnişin qatarları yolda qaldılar. Bu hadisəni əvvəllər şərh etmişəm). Bugünkü vulkan püskürməsi həmin hadisənin 1.110-cu günü baş vermişdir ki, bundan Quranın tövbə və cəza rəmzi olan 555 ədədini çıxdıqda, yenə də 555 ədədi alınır və diqqətimizi təkrar Qurana və TÖVBƏYƏ yönəldir:

1110 - 555 = 555

2) Azərbaycan əhalisinə (vəzifəsindən aslı olmayaraq) edilən kodlaşdırılmış xəbərdarlıqlardan bəziləri də təyyarə qəzaları vasitəsi ilə bildirilmişdir. Bu vulkan püskürməsi həm də təyyarə qəzalarına bağlanır. Yadınıza salım ki, əvvəlki yazılarımda 13 iyun 2015 tarixdə Bakıdan Naxçıvana uçan "Boeinq-757" sərnişin təyyarəsinin geri qayıdaraq Bakıya qəza enişi etməsini şərh etmişdim. Bugünkü vulkan püskürməsi də həmin qəzanın 228-ci günü baş vermişdir. Bundan Quran rəmzi olan 114 ədədini çıxsaq, yenə də 114 ədədi alınır və diqqətimizi təkrar olaraq Qurana yönəldir:

228 - 114 = 114

3) Azərbaycanda baş verən bütün qəza və fəlakətlər kimi, bu vulkan hadisəsi də astronomik hadisələrə bağlanır. Belə ki, bu gün 25 oktyabr 2014-cü il tarixli Günəş tutulmasının (qiyamət əlamətinin) 456-cı günüdür ki, bu da 114 ədədinin 4 mislidir (Quran 4-cü səmavi kitabdır):

456 - 114 - 114 - 114 = 114

4) Azərbaycanda baş vermiş və əvvəllər şərh etdiyim bir hadisəni də yadınıza salmaq istəyirəm: 23 sentyabr 2013 tarixdə ölkəmizdə ildırımla (!) müşayət olunan güclü leysan yağmışdı.Həmin vaxt ildırım Bərdədəki yarımstansiyanı vurduğundan, bölgə iki gün qaranlığa qərq olmuşdu. Bu gün həmin hadisənin 858-ci günüdür ki, bu da Quranın səhifələrinin sayı olan 286 ədədinin üç mislidir (bütün astronomik hadisələr və təyyarə qəzaları 858 günün tamamında təkrarlanır):

858 - 286 - 286 = 286

Oxucunu yormamaq üçün çox faktları sadalamıram (daha çox hadisələrlə əlaqələnir). Qısaca onu demək istəyirəm bu təbiət hadisəsi (qiyamət əlaməti) Azərbaycan xalqına (rəhbərindən tutmuş, çobanına qədər) Allahdan göndərilmiş bir XƏBƏRDARLIQdır!!!
Hesablamalarımız göstərir ki, əgər bu xəbərdarlığa da məhəl qoyulmasa, daha böyük fəlakətlərlə üz-üzə qalmalı olacağıq. 
Bir daha qeyd edim ki, insanlarımızın tövbə edib düz yola qayıdıb-qayıtmamasından aslı olmayaraq, onsuz da Azərbaycan çox qısa bir vaxtda pis adamlardan, ziyankar və yolazmışlardan təmizlənəcək və dünyanın mənəviyyat mərkəzi olacaqdır. 
Tövbə etməyiniz daha yaxşıdır ki, bu üstünlükdən bəhrələnəsiz. Qısaca fikrimizi belə ifadə edə bilərik ki: biz özümüzü günahlardan təmizləməsək, Allah-təala Azərbaycanı bizlərdən (zalım rəhbərlərdən və yolazmış vətəndaşlardan) təmizləyəcək:

"Biz bir məmləkəti məhv etmək istədikdə (bir bəndəmizin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi, zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağırışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik". Quran, 17:16

 

Araşdırmaçı-yazar: PAŞA YAQUB

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300