Birləşmiş Millətlər Təşkilatı Trampın Qüds qərarını rədd etdi

 

BMT Baş Assambleyasında Qüdslə bağlı səsvermə başa çatıb.

ABŞ-ın qərarına qarşı Birləşmiş Millətlərə təqdim edilən Qüds qətnaməsi qəbul edilib.

Səsvermədə qətnamənin lehinə 128, əleyhinə 9 və bitərəf 35 səs qeydə alınıb. Ümumiyyətlə səsverməyə 172 dövlət qatılıb.

Xarici medianın verdiyi xəbərə görə, ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya-Bu Qüds qətnaməsinin əleyhinə səs verən dövlətlər olub.

Bitərəf qalan ölkələr isə Çexiya, Kanada, Argentina, Fici, Cənubi Sudan, Rumıniya, Polşa, Uqanda, Panama, Filippin, Meksika, Macarıstan, Bosniya və Herseqovina, Haiti, Yamayka, Kiribati, Kamerun, Kolumbiya, Dominikan Respublikası, Ekvador Ginesi, Benin, Vanuatu, Trinidad , Tobaqo, Malavi, Tualu, Solomon Adaları, Ruvanda, Paraqvay, Kiribati, Lesoto, Litva, Butan, Benin, Avstraliya və Antigua və Barbuda olub.

 

Türkiyənin BMT-ni gündəliyinə daşıdığı Qüds məsələsi ABŞ-ın təhdidlərinə rəğmən müzakirə edilir.

Səsvermədə hər ölkənin səsi önəmlidir.

Səsvermədən çıxacaq nəticə Vaşinqtonun Qüdsü İsrialin paytaxtı olaraq tanımaq haqqında qərarını heçə endirir.

Xatırladaq ki, ABŞ-ın BMT-dəki nümayəndəsi Nikkki Heyli səsvermədə İsrail əleyhinə səsverən dövlətlərə maliyyə yardımını kəsə biləcəyi ilə hədələyib.

Türkiyənin "milliyet” qəzetinn verdiyi xəbərə görə, İsrail nümayəndəsi Denni Danon müzakirələrin nəticəsindən asılı olmayarq Qüdsün İsrailin paytaxtı olaraq qalacağını söyləyib. O, bugünkü təklifi dəstəkləyənləri fələstinlilərin marionetləri adlandırıraraq onları təhqir edib.

Türkiyə təmsilçisi, xarici işlər naziri Mövlud Çavuşoğlu isə ABŞ-ın bəyanatını "reket” hərəkətinə bənzədib.

Hazırda müzakirələrdavam edir.//musavat.com


 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300