Fələstin və Qüds Baş müftisinin müavini Bakıdan bütün müsəlmanlara çağırış edib

 

"İslam aləmində baş verən son hadisələr, xüsusilə Qüds məsələsi tək müsəlman dünyasının yox, bütün bəşəriyyətin problemidir”.

APA-nın məlumatına görə, bu sözləri Bakıda "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Fələstin və Qüds Baş müftisinin müavini İbrahim Xəlil Məhəmməd Avadallah deyib.

O, müsəlman dünyası ABŞ-a birlikdə ciddi təzyiq etməyə çağırıb: "Biz müsəlmanlar qanunun, haqqın tərəfdarıyıq. Amma bu gün ABŞ rəhbəri Tramp bizə qarşı ən haqsız qərar verib. Qüdsü müsəlmanlardan zorla qoparmaq istəyir. Biz bu sevinci ona yaşayatmayacağıq. Heç kimin ixtiyarı yoxdur ki, başqasının haqqını alsın. O cümlədən də ABŞ-ın belə bir haqqı yoxdur”.

Baş müftinin müavini bildirib ki, bölgə müsəlmanları bütün dinlərdən olan ibadətgahlara ehtiramla yanaşır: "Amma bu gün bu qərarla istəyirlər ki, siyasi oyun oynayıb, bunu pozsunlar. Heç kim bu oyunu göz ardına almamalıdır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300