Hava nəqliyyatının ürəyi niyə dayandı? – Elmi-lədun

"And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. "Quran", 19:94.

Xəbər verildiyi kimi bu günlərdə (18 dekabrda) Amerikadakı Atlanta hava limanının enerjisi müəmmalı şəkildə kəsildi. Nəticədə gün ərzində yüzlərlə reys təxirə salındı... Qeyd edim ki, bu liman böyüklüyünə görə Amerika hava nəqliyyatının ürəyi adlandırılır.
Elə isə, gəlin görək hava nəqliyyatının ürəyi niyə dayandı? Buradakı müəmma nə idi?

Hadisənin üzərindən sirr pərdəsini yenə də elmi-lədunla qaldıracağıq. Əvvəlki yazılarımızda bu cür qəzalarda İlahi qanunauyğunluq olduğunu hesablamalarla göstərmişdik. Araşdırmalarımz göstərir ki, bu qəzadakı qanunauyğunluq özünü "Quran"ın kodu olan 286 ədədi altında biruzə verir. Əvvəlcə bu ədədin mahiyyətinə nəzər salaq.

Bildiyimiz kimi, "Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün "Quran” kitabları 286 səhifəyə yerləşdirilib (sonradan ayələr dəyişməsə də, kağız formatı dəyişdirilib).
Araşdırmalarımız göstərir ki, bu, təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq isə, özünü aşağıdakı hikmətlərdə biruzə verir:

1) "Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür.

2) Araşdırmalarımız göstərir ki, insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində "Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır.

3) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür.

4) Quranın 2-ci surəsi olan "İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Bu surənin 2 rəqəmi ilə nömrələnməsi isə, surədə təsvir edilən inəyin XXI əsrdə 2-ci dəfə qurban kəsiləcəyinə işarədir.

286 ədədindəki hikmətləri dərk etdikdən sonra, qayıdaq ABŞ hava nəqliyyatının ürəyinin bu ədəd altında dayanmasını sübut edən faktlara.

1) Xatırladaq ki, 27 may 2016-cı il tarixdə ABŞ-a məxsus iki ədəd "F-18” hərbi təyyarəsi toqquşaraq, Atlantik (!) okeanına düşdü. Eyni zamanda, həmin gün Nyu-Yorkda "P-47” hərbi təyyarəsi Hudza çayına düşdü. (Həmin gün Almaniyada yarış zamanı futbol meydançasına ildırım düşdü...) Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Atlanta (!) hava limanının enerjisi müəmmalı kəsiləndə, həmin qəzaların 572-ci günü idi. Bundan da "Quran”ın kodu olan 286 ədədini çıxdıqda, yenə də müqəddəs kitabın rəmzi alınır və diqqətimizi bu kitabda təsbit olunmuş bəşəri dəyərlərə tabe olmağa yönəldir:

572 – 286 = 286

2) Elmi-lədun araşdırmalarımız göstərir ki, Amerikada nəqliyyatın ürəyinin dayanması riyazi şəkildə İzmirdə təyyarələri ildırım vurması hadisəsi ilə də bağlanır. Belə ki, bu il martın 8-də İzmir hava limanında eyni gündə iki sərnişin təyyarəsi ildırım vurması səbəbindən qəza enişi etdi.
Hesablamalarımız göstərir ki, Atlanta hava limanının enerjisi kəsiləndə həmin qəzaların 286-cı (!) günü idi.

Bütün bunlar bir daha onu göstərir ki, Yerdə baş verən bütün hadisələr Yaradanın nəzarəti altındadır və İlahi qanunauyğunluğa tabedir:

"Elə isə onlardan ötrü (zalımların tezliklə məhv edilməsinə) tələsmə, çünki, Biz onların günlərini bir-bir sayırıq". "Quran”, 19:84

Dr. Paşa Yaqub–elmi-lədun bilicisi

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300