Pakistandan İrəvanı QORXUYA SALACAQ AÇIQLAMA-
"Ermənistanı..."
Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini
pisləyir və Ermənistanı dövlət kimi tanımaqdan imtina edir.
Bunu Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari Bakıda keçirilən "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə qətnamələrini icra etməyənə qədər Pakistan öz fikrində qalacaq: "Çünki Pakistan Azərbaycanla qardaşlıq münasibətlərinə xüsusi önəm verir".