Bu cərimələr yanvarın 1-dən qüvvəyə minəcək- DİQQƏT
- SİYAHI
Yanvar ayının 1-dən bir sıra cərimələr, prezidentin
imzaladığı fərman və maaş artımları qüvvəyə minir.
Bəzi qanunlara edilən dəyişikləri təqdim edirik:
- Bu il Yol Hərəkəti Haqqında qanunabir neçə dəyişiklik edilib. Əsas
dəyişikliklər parklanma qaydalarına aiddir.
Belə ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun
yeni redaksiyada verilmiş 53-cü maddəsinin XX hissəsi 2018-ci il yanvarın 1-dən
qüvvəyə minir. Həmin hissədə qeyd olunur: Nəzərdə tutulmuş müddətin bitməsinə 1
saat qalmış İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci (müvafiq icra hakimiyyəti
orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon
nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi
yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb
olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya
inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə
edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və
daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir) maddəsində nəzərdə
tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.
Həmçinin İXM-nin buna uyğun olaraq cərimələri qüvvəyə minib.
Maddə 346-1. Parklanma qaydalarının pozulması
346-1.1. Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən
və ya ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş
edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə - on manat məbləğində cərimə
edilir.
346-1.2. Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu
pozmaqla parklanmasına görə - on manat məbləğində cərimə edilir.
346-1.3. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində
digər nəqliyyat vasitələrinin parklanmasına görə - on manat məbləğində cərimə
edilir.
346-1.4. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox
olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin
rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst
parklanmasına maneələr yaradılmasına görə -on manat məbləğində cərimə edilir.
346-1.5. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində
saxlanılmasına görə -
iyirmi manat məbləğində cərimə edilir.
-Torpaq Məcəlləsinin45-ci (Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar) maddəsinə dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, Torpaq Məcəlləsinin 45-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilib:
Bu Məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq
edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol
tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında
işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra
hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin
bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.".
Qanun layihəsində deyilir ki, bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
-Prezident İlham Əliyev"Dövlət ümumi təhsil
müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sərəncamında
dəyişiklik edib.
Sərəncamla Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş
müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər
diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulublar.
Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
- Şəxsiyyət vəsiqəsini,pasportunu itirənlər və ya qəsdən
korlayanlar cərimə edilməyəcək. Sputnik Azərbaycan-ın məlumatına görə bununla
bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
566-cı maddənin mövcud mətnində isə deyilirdi ki, şəxsiyyət vəsiqəsinin,
pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq
üçün sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat məbləğində
cərimə edilir.
Məcəlləyə dəyişiklik Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında səsə
qoyularaq qəbul edilib və cərimə ləğv olunub. Bu qanun 2018-ci il yanvarın 1-dən
qüvvəyə minir.
- Azərbaycan prezidenti İlham Əliyev tərəfindən
Milli Məclisə Azərbaycanda əkin sahələrinin yandırılmasına görə cəzaların müəyyənləşdirilməsinə
dair qanun layihəsi təqdim olunub. İnzibati Xətalar Məcəlləsinə yeni maddə -
244-1 (Əkin yerlərinin yandırılması) əlavə edilib.
Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400
manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər,
hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.
(baku.ws)