Tramp hədələdi:Qüds qərarını tanımayan ölkələrə maliyyə yardımı kəsiləcək

 

ABŞ prezidenti Donald Tramp BMT-nin Baş Assambleyasında müzakirə ediləcək Qüdsün statusu ilə bağlı məsələyə münasibətdə Amerikanın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımının kəsiləcəyi ilə hədələyib.

Virtualaz.org "Times of Israel” nəşrinə istinadən xəbər verir ki, Tramp bununla bağlı deyib: "Onlar bizdən milyonlarla, hətta milyardlarla dollar vəsait alır, sonra isə əleyhimizə səs verirlər. Əladır, qoy səs versinlər – biz bunu nəzərə alıb xeyli pula qənaət edərik. Bu bizi narahat etmir”.

BMT-nin Baş Assambleyasının Qüdsün statusuna həsr olunmuş təcili iclası dekabrın 21-də keçirilməlidir. Belə toplantılar BMT Təhlükəsizlik Şurasının hər hansı məsələ üzrə yekdil qərara gələ bilmədiyi hallarda keçirilir. Xatırladaq ki, ABŞ BMT TŞ-nin Qüdslə bağlı qərarına veto qoymuşdu.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300